Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlərlə görüşüb
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazir Azərbaycan-Türkiyə tərəfdaşlığının güclənməsində medianın mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, ölkəmizin tarix və mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin fəaliyyəti böyük önəm kəsb edir. Azərbaycanın regionda ən inkişaf etmiş ölkə olduğunu qeyd edən nazir Azərbaycan-Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsindən söhbət açıb. Xüsusilə ölkəmizdə turizmin inkişafına türkiyəli mütəxəssislərin mühüm töhfə verdiyini vurğulayıb: “Bu yaxınlarda Bakıda Türkiyənin aparıcı turizm qurumlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycanda turizm sisteminin təkmilləşməsində Türkiyənin rolunu yüksək qiymətləndiririk. Hazırda ölkəmizdə hotel sahəsində çoxlu sayda türkiyəli mütəxəssis çalışır”.

    Nazir Azərbaycanda dünya miqyaslı mədəniyyət tədbirlərinin həyata keçirilməsinə böyük önəm verildiyini deyib. Bu ilin martında Bakıda keçirilən beynəlxalq muğam festivalı, apreldə gerçəkləşən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, hazırda Qəbələ şəhərində keçirilən III Beynəlxalq musiqi festivalı və digər irimiqyaslı tədbirlər barədə türkiyəli jurnalistlərə məlumat verilib. Daha sonra nazir Ermənistanın ölkəmizə hərbi təcavüzdən danışaraq bu təcavüzün Azərbaycanın mədəniyyətinə, incəsənətinə də qarşı yönəldiyini qeyd edib. Ermənilərin milli musiqimizi, tarixi abidələrimizi, hətta milli yeməklərimizi öz adlarına çıxmağa çalışdıqlarını nəzərə çatdırıb. Türkiyəli jurnalistlər erməni təcavüzünə məruz qalmış tarixi abidələrimizin vəziyyəti barədə bilgi alıblar. Qardaş ölkənin media təmsilçiləri, həmçinin Azərbaycana gələn turistlərin sayı, turizm sektorunda gedən proseslər, həmçinin 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıqla bağlı görülən işlərlə maraqlanıblar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 485
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30