Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
30.06.11 02:30

Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra məqsədyönlü işlər həyata keçirir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən xəbərə görə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası bu il Ümumdünya Turizm Təşkilatına “qoşulmuş üzvlər” kimi təsdiq olunub. Qeyd edək ki, 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunu 2010-cu ildə ilk olaraq 74 nəfər məzun bitirib. Bunlardan 14-ü isə, eyni zamanda, Avstriyanın Krems Universitetinin müvafiq diplomlarını əldə ediblər. Bu ali təhsil ocağının yaradılmasında məqsəd, ilk növbədə ölkəmizdə turizm sahəsində kadr probleminin həllinə nail olmaqdır. Xatırladaq ki, Bakı Turizm İnformasiya Mərkəzi respublikada yaradılan ilk belə Mərkəzlərdəndir. Bakı şəhərinə səfər edən çoxsaylı xarici turistlərə ölkəmiz və paytaxtımız haqqında dolğun informasiyanın çatdırılması, turistlərin müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilməsi və bir sıra beynəlxalq sərgilərdə Azərbaycanın mövcud turizm imkanlarının təbliğ edilməsi adıçəkilən Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildə turizm şirkətlərinin birliyi kimi yaradılıb, 2010-cu ildə isə Mehmanxanalar Assosiasiyası ilə birləşərək fəaliyyətini daha da genişləndirib. Adıçəkilən qurum turizm sahəsində özəl sektorun hüquqlarını qoruyur və işini tənzimləyir. Qeyd olunanlarla yanaşı, daxili turizmin inkişaf etdirilməsi, xidmət sahəsindəki bəzi problemlərin aradan qaldırılması məqsədilə seminarların təşkil olunması, ÜTT-yə üzv ölkələrin Turizm Assosiasiyaları ilə əlaqələrin genişləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilib. Artıq Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyasının ÜTT tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə “qoşulmuş üzv” kimi Azərbaycanı təmsil etmək hüquqları mövcuddur.
URL / WWW
http://kelam.az/article/a-3969.html