Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
    Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra məqsədyönlü işlər həyata keçirir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən xəbərə görə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası bu il Ümumdünya Turizm Təşkilatına “qoşulmuş üzvlər” kimi təsdiq olunub. Qeyd edək ki, 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunu 2010-cu ildə ilk olaraq 74 nəfər məzun bitirib. Bunlardan 14-ü isə, eyni zamanda, Avstriyanın Krems Universitetinin müvafiq diplomlarını əldə ediblər. Bu ali təhsil ocağının yaradılmasında məqsəd, ilk növbədə ölkəmizdə turizm sahəsində kadr probleminin həllinə nail olmaqdır. Xatırladaq ki, Bakı Turizm İnformasiya Mərkəzi respublikada yaradılan ilk belə Mərkəzlərdəndir. Bakı şəhərinə səfər edən çoxsaylı xarici turistlərə ölkəmiz və paytaxtımız haqqında dolğun informasiyanın çatdırılması, turistlərin müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilməsi və bir sıra beynəlxalq sərgilərdə Azərbaycanın mövcud turizm imkanlarının təbliğ edilməsi adıçəkilən Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.

    Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildə turizm şirkətlərinin birliyi kimi yaradılıb, 2010-cu ildə isə Mehmanxanalar Assosiasiyası ilə birləşərək fəaliyyətini daha da genişləndirib. Adıçəkilən qurum turizm sahəsində özəl sektorun hüquqlarını qoruyur və işini tənzimləyir. Qeyd olunanlarla yanaşı, daxili turizmin inkişaf etdirilməsi, xidmət sahəsindəki bəzi problemlərin aradan qaldırılması məqsədilə seminarların təşkil olunması, ÜTT-yə üzv ölkələrin Turizm Assosiasiyaları ilə əlaqələrin genişləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilib. Artıq Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyasının ÜTT tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə “qoşulmuş üzv” kimi Azərbaycanı təmsil etmək hüquqları mövcuddur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 662
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30