Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hakimlərin geniş iclası keçirilib
22.06.11 16:18

Respublikanın bütün rayon, şəhər və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə geniş seminar-müşavirə keçirilib. Ali Məhkəmədən “KƏLAMİNFO”ya verilən məlumata görə, 250-dən çox hakimin iştirak etdiyi müşavirədə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatlarının müsbət nəticələrini qeyd edib, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 2 dəfə artırıldığını, yeni mütərəqqi qaydalarla seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünasın hakim vəzifələrinə təyin edildiyini bildirib. O, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməklə 60-dək hakimin məhkəmə sistemindən kənarlaşdırıldığını qeyd edib. Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələbləri, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi vəziyyəti və mövcud problemlər müzakirə edilib. Həmçinin, həbs qətimkan tədbirinin seçilməsi və mülkiyyət əleyhinə olan cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun və hakimi Fərhad Kərimovun geniş məruzələri dinlənilib, yol verilən nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb. İclasda, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş idarəsinin rəis müavini Sübhi Kazımov məhkəmə monitorinqlərinin nəticələri barədə məlumat verib, məhkəmə fəaliyyətində mövcud olan problemlər, o cümlədən bəzi hakimlər tərəfindən çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmaması, Etik Davranış Kodeksinin tələblərinə lazımi diqqət yetirilməməsi, süründürməçilik və digər neqativ hallara yol verilməsini diqqətə çatdırıb. Müşavirədə Bakı Apelyasiya məhkəməsinin sədri İman Nağıyev “Apelyasiya icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsində aşkar olunan problem və nöqsanlar”, Ədliyyə Nazirliyinin İnsan hüquqları idarəsinin rəis müavini Adil Əbilov “Avropa Məhkəməsinin islahatı: İnterlaken və İzmir Bəyannamələrindən irəli gələn vəzifələr” mövzularında məruzələrlə çıxışlar ediblər. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı geniş müzakirələr keçirilib, müvafiq təkliflər irəli sürülüb.
URL / WWW
http://kelam.az/article/a-3929.html