Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hakimlərin geniş iclası keçirilib
    Respublikanın bütün rayon, şəhər və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə geniş seminar-müşavirə keçirilib. Ali Məhkəmədən “KƏLAMİNFO”ya verilən məlumata görə, 250-dən çox hakimin iştirak etdiyi müşavirədə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatlarının müsbət nəticələrini qeyd edib, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 2 dəfə artırıldığını, yeni mütərəqqi qaydalarla seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünasın hakim vəzifələrinə təyin edildiyini bildirib. O, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməklə 60-dək hakimin məhkəmə sistemindən kənarlaşdırıldığını qeyd edib.

    Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələbləri, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi vəziyyəti və mövcud problemlər müzakirə edilib. Həmçinin, həbs qətimkan tədbirinin seçilməsi və mülkiyyət əleyhinə olan cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun və hakimi Fərhad Kərimovun geniş məruzələri dinlənilib, yol verilən nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb. İclasda, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş idarəsinin rəis müavini Sübhi Kazımov məhkəmə monitorinqlərinin nəticələri barədə məlumat verib, məhkəmə fəaliyyətində mövcud olan problemlər, o cümlədən bəzi hakimlər tərəfindən çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmaması, Etik Davranış Kodeksinin tələblərinə lazımi diqqət yetirilməməsi, süründürməçilik və digər neqativ hallara yol verilməsini diqqətə çatdırıb. Müşavirədə Bakı Apelyasiya məhkəməsinin sədri İman Nağıyev “Apelyasiya icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsində aşkar olunan problem və nöqsanlar”, Ədliyyə Nazirliyinin İnsan hüquqları idarəsinin rəis müavini Adil Əbilov “Avropa Məhkəməsinin islahatı: İnterlaken və İzmir Bəyannamələrindən irəli gələn vəzifələr” mövzularında məruzələrlə çıxışlar ediblər. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı geniş müzakirələr keçirilib, müvafiq təkliflər irəli sürülüb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 431
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30