Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda teatr festivalı başlayır
22.06.11 02:01

Bu gündən etibarən “Yeni Teatr” II Respublika Festivalına start verilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunan festivalın təşkilat komitəsinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sədrlik edir. Təşkilat komitəsinə İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Teatr sektorunun müdiri Naidə İsmayılzadə, Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova, Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev, Lənkəran Dram Teatrının direktoru İslam Həsənov, Teatr Muzeyinin müdir müavini Nazim Məmmədov, Az.TV-nin əməkdaşı, rejissor Rövnəq Həsənzadə daxildirlər. Festivalın rəsmi qonaqları sırasında isə Xalq artisti, TXİ-nin sədri Azərpaşa Nemətov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, Xalq artisti Amaliya Pənahova, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, TXİ-nin katibi, teatrşünas Kəmalə Cəfərzadə yer alıblar.Xatırladaq ki, festivalın proqramı da açıqlanıb: 21 iyun, saat 12.00-da festivalın açılış mərasimi Lənkəran Dövlət Dram Teatrı, saat 13:00-da Qriqori Qorinin «Herostratı unudun» Lənkəran Dövlət Dram Teatrı, saat 19:00-da Mirzə Fətəli Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» Azərbaycan Dövlət Rus Dram Teatrı, 22 iyun saat 12:00-da Nodar Dumbadzenin «Mən, nənəm, İliko və İlarion» Mingəçevir Dövlət Dram Teatrı, saat 19:00-da Tuncer Cucenoğlunun «Ziyarətçi» Sumqayıt Dövlət Musiqili Dram Teatrı, 23 iyun saat 12:00-da Ü.Hacıbəyli, C.Məmmədquluzadə və M.Ə.Sabirin felyetonları əsasında «Məsəl ya … əməl» Azərbaycan Dövlət «Yuğ» Teatrı, saat 19:00-da Enurə Abdullayevanın «Ağ qayıq» Şuşa Dövlət Musiqili Dram Teatrı, 24 iyun saat 12:00-da Zihni Papaqçının «Soyqırımı abidəsinin dastanı» İrəvan Dövlət Azərbaycan Dram Teatrı, saat 19:00-da G.Figeyredonun “Ezop” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, 25 iyun saat 12:00-da Bəxtiyar Xanızadənin «Pantomim buketi» Azərbaycan Dövlət Pantomim Teatrı, saat 19:00-da Anarın «Qaravəlli» Bakı Bələdiyyə Teatrı, 26 iyun saat 12:00-da Elçinin «Qatil» Gəncə Dövlət Dram Teatrı, saat 19:00-da Nikolay Qoqolun «Evlənmə» Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, 27 iyun saat 17:00-da Hüseynbala Mirələmovun «Xəcalət» Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı. Qeyd edək ki, Lənkəran Dövlət Dram teatrında keçiriləcək festivalın bağlanış mərasimi iyunun 27-də olacaq.
URL / WWW
http://kelam.az/article/a-3923.html