Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Haqqa həsr olunmuş gənclik
15.06.11 03:47

Qafqaz Müsəlmanları İdarəsində tanınmış yazar Osman Nuri topbaşın yeni çapdan çıxan kitabı təqdim olundu

Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Türkiyədə yaşayan tanınmış yazar və xeyriyyəçi Osman Nuri topbaşın Bakıda yenicə çapdan çıxan “Haqqa həsr olunmuş gənclik” kitabının təqdimat mərasimi keçirildi. Nüfuzlu elm xadimlərinin, Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-Kərimin oxunuşu ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə toplantı iştirakçılarını salamladı. “Haqqa həsr olunmuş gənclik” kitabının Azərbaycanda işıq üzü görməsini və müəllif Osman Nuri topbaşın təqdimat mərasimində iştirakını mühüm əlamətdar hadisə adlandırdı.Qafqaz Müsəlmanları Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev müəllif yaradıcılığı haqqında geniş məlumat verdi. Kitabın müəllifi Osman Nuri topbaş söz alaraq Bakıda olmağından məmnunluğunu ifadə etdi, fikirlərini mərasimə toplaşanlarla bölüşdü.
Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər müşaviri Sadıq Əraslan, Musa Çələbi, Dünya Gənc Türk Yazarları Birliyinin rəhbəri Əkbər Qoşalı, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov, Yazıçılar Birliyinin üzvü, gənc şair Mirbəhram Əzimbəyli və Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim çıxış edərək kitab barədə fikirlərini bölüşdülər.
Sonda tədbir iştirakçılarına “İpək yolu” nəşriyyatında çap olunan “Haqqa həsr olunmuş gənclik” kitabı hədiyyə edildi.
URL / WWW
http://kelam.az/article/a-3830.html