Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Haqqa həsr olunmuş gənclik
    Qafqaz Müsəlmanları İdarəsində tanınmış yazar Osman Nuri topbaşın yeni çapdan çıxan kitabı təqdim olundu

    Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Türkiyədə yaşayan tanınmış yazar və xeyriyyəçi Osman Nuri topbaşın Bakıda yenicə çapdan çıxan “Haqqa həsr olunmuş gənclik” kitabının təqdimat mərasimi keçirildi. Nüfuzlu elm xadimlərinin, Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-Kərimin oxunuşu ilə başladı.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə toplantı iştirakçılarını salamladı. “Haqqa həsr olunmuş gənclik” kitabının Azərbaycanda işıq üzü görməsini və müəllif Osman Nuri topbaşın təqdimat mərasimində iştirakını mühüm əlamətdar hadisə adlandırdı.

    Qafqaz Müsəlmanları Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev müəllif yaradıcılığı haqqında geniş məlumat verdi. Kitabın müəllifi Osman Nuri topbaş söz alaraq Bakıda olmağından məmnunluğunu ifadə etdi, fikirlərini mərasimə toplaşanlarla bölüşdü.
    Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər müşaviri Sadıq Əraslan, Musa Çələbi, Dünya Gənc Türk Yazarları Birliyinin rəhbəri Əkbər Qoşalı, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov, Yazıçılar Birliyinin üzvü, gənc şair Mirbəhram Əzimbəyli və Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim çıxış edərək kitab barədə fikirlərini bölüşdülər.
    Sonda tədbir iştirakçılarına “İpək yolu” nəşriyyatında çap olunan “Haqqa həsr olunmuş gənclik” kitabı hədiyyə edildi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 488
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30