Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Əhliman Əmiraslanov: Təhsil haqqının artması Tibb Universitetində qəbul səviyyəsinə təsir etməyəcək
10.06.11 20:10

Azərbaycan ali məktəblərində təhsil haqqının artması Azərbaycan Tibb Universitetində qəbul səviyyəsinə heç bir təsir etməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib. O qeyd edib ki, hazırda universitetdə təhsil alanların 50 faizi ödənişsiz ixtisaslarda oxuyur. “Hər il də bundan əlavə, 120-150 nəfər tələbə məcburi köçkün və digər imtiyazlı kateqoriyadan olmaqla dövlət tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, ali məktəblərdəki ödəniş artımları bizim universitetdə heç bir azalma ilə müşahidə olunmayacaq” - deyə rektor vurğulayıb. Ə.Əmiraslanov onu da deyib ki, Tibb Universitetdə təhsil haqları müvafiq olaraq 50-70 faiz aralarında artır.
URL / WWW
http://kelam.az/article/a-3818.html