Əhliman Əmiraslanov: Təhsil haqqının artması Tibb Universitetində qəbul səviyyəsinə təsir etməyəcək
Azərbaycan ali məktəblərində təhsil haqqının artması Azərbaycan Tibb Universitetində qəbul səviyyəsinə heç bir təsir etməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib. O qeyd edib ki, hazırda universitetdə təhsil alanların 50 faizi ödənişsiz ixtisaslarda oxuyur. “Hər il də bundan əlavə, 120-150 nəfər tələbə məcburi köçkün və digər imtiyazlı kateqoriyadan olmaqla dövlət tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, ali məktəblərdəki ödəniş artımları bizim universitetdə heç bir azalma ilə müşahidə olunmayacaq” - deyə rektor vurğulayıb.
Ə.Əmiraslanov onu da deyib ki, Tibb Universitetdə təhsil haqları müvafiq olaraq 50-70 faiz aralarında artır.