Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Siyavuş Novruzov: “Heç kim göydən zənbillə düşməyib”
11.06.11 02:05

Bu gün Milli Məclisin növbədən kənar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi olub. Çıxış edən deputat Fuad Muradov fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetində tələbələrin üzləşdiyi problemlərdən danışıb. O qeyd edib ki, gələcəkdə bu kimi problemlərin ortaya çıxmaması üçün özəl universitetlərlə bağlı qanunvericilikdə dəyişiklər etmək lazımdır. Millət vəkili İqbal Ağazadə isə həbs olunmuş Bəxtiyar Hacıyevin azad edilməsi təklifi ilə çıxış edib. “Bəxtiyar Hacıyev nativ xidmətdən istifadə etmək istəsə də, bu qanunun olmaması burada problemlər yaradıb” - deyə deputat vurğulayıb. İ.Ağazadə Türkiyədə həbs edilmiş keçmiş Qarabağ döyüşçüsü Yusuf Ziya Arpacığın həbsinə də diqqət yönəldib. O, keçmiş Qarabağ döyüşçüsünün həbsdən azad edilməsi üçün Milli Məclisin Türkiyə tərəfinə müraciət göndərməsini təklif edib.Millət vəkili Fazil Mustafa da özəl universitetlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyindən danışıb. O, həmçinin Xəzər dənizinin sahillərinin vətəndaşlar tərəfindən hasarlanmasını doğru hesab etmədiyini də deyib. F.Mustafa bildirib ki, bu, dünyada mövcud olmayan haldır. Deputat Siyavuş Novruz isə İqbal Ağazadənin Bəxtiyar Hacıyevin əfv edilməsi ilə qaldırdığı təklifə münasibət bildirib: “Dini və ya digər baxışlarına görə nativ xidmətdən istifadə etmək olar. Avropada cinsiyyəti ilə bağlı hərbi xidmət çəkə bilmirlər. Hansısa müəllimin uşağı hərbi xidmətə getmirsə, 5-6 il cəza çəkir. Heç kim göydən zənbillə düşməyib” - deyə S.Novruzov bildirib. Deputat Sabir Rüstəmxanlı ali təhsil alan şəxslərin işlə təmin olunmasına toxunub. O, xaricdə təhsil alan Azərbaycan gənclərinin ölkəyə qayıtdıqdan sonra eyni problemlə üzləşdiyini bildirib. Millət vəkili Fərəc Quliyev isə bildirib ki, Qarabağ münaqişəsinin həlli yeni mərhələyə keçib və parlament də bu məsələyə öz töhfəsinin verməlidir. Deputat bunla əlaqədar Qarabağ komissiyasının yaradılmasının vacibliyini qeyd edib. Vitse-spiker Bahar Muradova isə bir neçə gün əvvəl deputat seçildiyi Füzuli rayonunda baş verən təbii fəlakətdən danışıb. O qeyd edib ki, son vaxtlar Füzulidə ciddi işlərə başlansa da, təbii fəlakət bunun üstündən xətt çəkib. “Demək istədiyim odur ki, icbari sığorta haqqında qəbul etsək də, belə fəlakətlər baş verən zaman nəticə çıxarmırıq. Mən burada buna cavabdeh olan qurumların fəaliyyətsizliyini xüsusilə qeyd edərdim” - deyə B.Muradova vurğulayıb. O, Qarabağ məsələsi ilə bağlı yeni mərhələnin də başladığını bildirib. Vitse-spiker qeyd edib ki, belə məqamda hər bir ictimai xadim, hər bir mütəxəssis bu məsələdə öz töhfəsini verməlidir. Qeyd edək ki, iclasda bir sıra qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3808.html