Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Siyavuş Novruzov: “Heç kim göydən zənbillə düşməyib”
    Bu gün Milli Məclisin növbədən kənar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi olub. Çıxış edən deputat Fuad Muradov fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetində tələbələrin üzləşdiyi problemlərdən danışıb. O qeyd edib ki, gələcəkdə bu kimi problemlərin ortaya çıxmaması üçün özəl universitetlərlə bağlı qanunvericilikdə dəyişiklər etmək lazımdır. Millət vəkili İqbal Ağazadə isə həbs olunmuş Bəxtiyar Hacıyevin azad edilməsi təklifi ilə çıxış edib. “Bəxtiyar Hacıyev nativ xidmətdən istifadə etmək istəsə də, bu qanunun olmaması burada problemlər yaradıb” - deyə deputat vurğulayıb. İ.Ağazadə Türkiyədə həbs edilmiş keçmiş Qarabağ döyüşçüsü Yusuf Ziya Arpacığın həbsinə də diqqət yönəldib. O, keçmiş Qarabağ döyüşçüsünün həbsdən azad edilməsi üçün Milli Məclisin Türkiyə tərəfinə müraciət göndərməsini təklif edib.

    Millət vəkili Fazil Mustafa da özəl universitetlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyindən danışıb. O, həmçinin Xəzər dənizinin sahillərinin vətəndaşlar tərəfindən hasarlanmasını doğru hesab etmədiyini də deyib. F.Mustafa bildirib ki, bu, dünyada mövcud olmayan haldır. Deputat Siyavuş Novruz isə İqbal Ağazadənin Bəxtiyar Hacıyevin əfv edilməsi ilə qaldırdığı təklifə münasibət bildirib: “Dini və ya digər baxışlarına görə nativ xidmətdən istifadə etmək olar. Avropada cinsiyyəti ilə bağlı hərbi xidmət çəkə bilmirlər. Hansısa müəllimin uşağı hərbi xidmətə getmirsə, 5-6 il cəza çəkir. Heç kim göydən zənbillə düşməyib” - deyə S.Novruzov bildirib. Deputat Sabir Rüstəmxanlı ali təhsil alan şəxslərin işlə təmin olunmasına toxunub. O, xaricdə təhsil alan Azərbaycan gənclərinin ölkəyə qayıtdıqdan sonra eyni problemlə üzləşdiyini bildirib. Millət vəkili Fərəc Quliyev isə bildirib ki, Qarabağ münaqişəsinin həlli yeni mərhələyə keçib və parlament də bu məsələyə öz töhfəsinin verməlidir. Deputat bunla əlaqədar Qarabağ komissiyasının yaradılmasının vacibliyini qeyd edib. Vitse-spiker Bahar Muradova isə bir neçə gün əvvəl deputat seçildiyi Füzuli rayonunda baş verən təbii fəlakətdən danışıb. O qeyd edib ki, son vaxtlar Füzulidə ciddi işlərə başlansa da, təbii fəlakət bunun üstündən xətt çəkib. “Demək istədiyim odur ki, icbari sığorta haqqında qəbul etsək də, belə fəlakətlər baş verən zaman nəticə çıxarmırıq. Mən burada buna cavabdeh olan qurumların fəaliyyətsizliyini xüsusilə qeyd edərdim” - deyə B.Muradova vurğulayıb. O, Qarabağ məsələsi ilə bağlı yeni mərhələnin də başladığını bildirib. Vitse-spiker qeyd edib ki, belə məqamda hər bir ictimai xadim, hər bir mütəxəssis bu məsələdə öz töhfəsini verməlidir. Qeyd edək ki, iclasda bir sıra qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 349
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30