Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Oruc Zalov: Qanunlardan kənara çıxan polislər barəsində ciddi tədbir görüləcək
10.06.11 02:49

Azərbaycanda demokratik polisin yaradılması dövlətin, Daxili İşlər Nazirliyi rəhbərliyinin iradəsindən irəli gələn məsələdir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” işinə dair keçirilən ikinci beynəlxalq konfransda daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. “Biz, bu məsələyə çox böyük önəm veririk və çalışırıq ki, hər bir əməkdaşımız demokratik polis simasında insanlara xidmət etsin və onların hüquqlarını pozanlara qarşı ciddi mübarizə aparsınlar”,-deyən O.Zalov həmçinin əlavə edib ki, bu yolda təlimatlara əməl etməyən polis əməkdaşlarına qarşı da ciddi tədbirlər görülür. O.Zalov xatırladıb ki, 2008-2010-cu illərdə insan hüquq və azadlıqlarını pozduğuna görə 720 nəfər polis əməkdaşı daxili işlər nazirinin əmri ilə cəzalanıb. Onun sözlərinə görə, onlardan 14-ü cinayət məsuliyyətinə cəlb edilib, 36-sı tutduqları vəzifələrdən azad edilib. Digərləri haqqında da bəzi intizam tədbirləri görülüb ki, bu da Azərbaycan polisinin simasının dəyişdirilməsini, onun demokratikləşdirilməsi yolunda atılan addımdır: “Bu gün qoyulmuş qaydalar, əmrlərin tələblərindən, qanunlardan kənara çıxan polis əməkdaşı bilir ki, onun haqqında intizam tədbirləri görüləcək”,-deyən nazir müavini qeyd edib ki, bu, digər beynəlxalq təşkilatların qoyduğu tələb kimi yox, eyni zamanda Azərbaycan dövləti və polis rəhbərliyinin öz iradəsi daxilində həyata keçirilən tədbirlər kimi dəyərləndirilməldir: “Sözsüz ki, bu gün də bəzi çatışmazlıqlar qeydə alınır və bu çatışmazlıqların qarşısı elə polisin özü tərəfindən alınır, müvafiq tədbirlər görülür”,-deyən O.Zalov Azərbaycanda demokratik polisin yaradılması üçün bundan sonra da səylərini davam etdirəcəklərinə söz verib.
URL / WWW
http://kelam.az/article/a-3794.html