Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Oruc Zalov: Qanunlardan kənara çıxan polislər barəsində ciddi tədbir görüləcək
    Azərbaycanda demokratik polisin yaradılması dövlətin, Daxili İşlər Nazirliyi rəhbərliyinin iradəsindən irəli gələn məsələdir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” işinə dair keçirilən ikinci beynəlxalq konfransda daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. “Biz, bu məsələyə çox böyük önəm veririk və çalışırıq ki, hər bir əməkdaşımız demokratik polis simasında insanlara xidmət etsin və onların hüquqlarını pozanlara qarşı ciddi mübarizə aparsınlar”,-deyən O.Zalov həmçinin əlavə edib ki, bu yolda təlimatlara əməl etməyən polis əməkdaşlarına qarşı da ciddi tədbirlər görülür. O.Zalov xatırladıb ki, 2008-2010-cu illərdə insan hüquq və azadlıqlarını pozduğuna görə 720 nəfər polis əməkdaşı daxili işlər nazirinin əmri ilə cəzalanıb. Onun sözlərinə görə, onlardan 14-ü cinayət məsuliyyətinə cəlb edilib, 36-sı tutduqları vəzifələrdən azad edilib.

    Digərləri haqqında da bəzi intizam tədbirləri görülüb ki, bu da Azərbaycan polisinin simasının dəyişdirilməsini, onun demokratikləşdirilməsi yolunda atılan addımdır: “Bu gün qoyulmuş qaydalar, əmrlərin tələblərindən, qanunlardan kənara çıxan polis əməkdaşı bilir ki, onun haqqında intizam tədbirləri görüləcək”,-deyən nazir müavini qeyd edib ki, bu, digər beynəlxalq təşkilatların qoyduğu tələb kimi yox, eyni zamanda Azərbaycan dövləti və polis rəhbərliyinin öz iradəsi daxilində həyata keçirilən tədbirlər kimi dəyərləndirilməldir: “Sözsüz ki, bu gün də bəzi çatışmazlıqlar qeydə alınır və bu çatışmazlıqların qarşısı elə polisin özü tərəfindən alınır, müvafiq tədbirlər görülür”,-deyən O.Zalov Azərbaycanda demokratik polisin yaradılması üçün bundan sonra da səylərini davam etdirəcəklərinə söz verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 324
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30