Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Komissiyanın ehtiyat kadr siyahısından 20 nəfər çıxıb
07.06.11 19:59

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın siyahısına ümumilikdə 479 ehtiyat kadr daxil edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib. Onun sözlərinə görə, ehtiyat kadrlardan 128-i öz ixtisasları üzrə müxtəlif dövlət orqanlarında vəzifəyə təyin edilib. Bundan başqa, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alan 6 nəfər müxtəlif vəzifələrə təyin edilib. 20 nəfərin müxtəlif səbəblərdən ehtiyat kadr siyahısından çıxdığını xatırladan R.Məcidbəyli aydınlıq gətirib ki, bu, namizədin ehtiyat kadr siyahısında qalma müddətinin bitməsi, onların könüllü olaraq başqa sahədə işə qəbul olması və öz təşəbbüsü əsasında olan başqa səbəblərlə bağlı olub. Qalan 325 nəfər ehtiyat kadrın 74-ü “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar, 251-i isə DQMK-nin keçirdiyi müsabiqələrdə uğur qazananlardır. Hazırda qeyd olunan 325 nəfərin müxtəlif dövlət orqanlarında ixtisaslarına uyğun vəzifələrə təyin olunması ilə bağlı komissiyada işin getdiyini xatırladan R.Məcidbəyli bildirib ki, DQMK namizədlərin vakant vəzifələrə təyinatı ilə bağlı 59 dövlət orqanına müraciət edib. O əlavə edib ki, müraciətlərə baxılır və nəticəsi barədə məlumat veriləcək. Ehtiyat kadrların bu siyahında qalma müddətinə gəlincə, R.Məcidbəyli qeyd edib ki, bunun müddəti 2 ildir. Onun sözlərinə görə, bu müddət ərzində DQMK ehtiyat kadrı vəzifəyə təyin edə bilmirsə, həmin şəxs ehtiyat kadr siyahısından çıxır: “Məqsədimiz odur ki, bunları ən qısa müddətdə müxtəlif vəzifələrlə təmin edək”. Xaricdə təhsil alanların müraciətinə gəlincə, R.Məcidbəyli deyib ki, sözügedən dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların 73-nün siyahısı müxtəlif dövlət orqanlarında vakant vəzifələrə təyin edilməsi üçün DQMK-ya təqdim edilib. O, gələcəkdə də xaricdə təhsil alanların komissiyanın ehtiyat kadr siyahısına daxil olacaqlarını söyləyib. Xaricdə təhsil almağa göndərilənlərin qayıdandan sonra hansı dövlət orqanında çalışacağı barədə əvvəlcədən məlumatlı olmaları ilə bağlı müvafiq sənədin hazırlanması məsələsinə də münasibət bildirən R.Məcidbəyli qeyd edib ki, belə bir layihə Təhsil Nazirliyində var. Onun sözlərinə görə, dövlət orqanları kadr siyasətinin planlaşdırılmasında həmin bazadan istifadə edirlər. Qeyd edək ki, ehtiyat kadrlar 2007-ci ilin sonundan sonra yarananlardır. Adı çəkilən dövlət proqramı çərçivəsində xaricdə təhsil alanlar isə DQMK-nin müsabiqə və müsahibələrində iştirak etmədən birbaşa dövlət orqanlarında işlə təmin edilirlər.
URL / WWW
http://kelam.az/article/a-3777.html