Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Komissiyanın ehtiyat kadr siyahısından 20 nəfər çıxıb
    Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın siyahısına ümumilikdə 479 ehtiyat kadr daxil edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib. Onun sözlərinə görə, ehtiyat kadrlardan 128-i öz ixtisasları üzrə müxtəlif dövlət orqanlarında vəzifəyə təyin edilib. Bundan başqa, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alan 6 nəfər müxtəlif vəzifələrə təyin edilib.

    20 nəfərin müxtəlif səbəblərdən ehtiyat kadr siyahısından çıxdığını xatırladan R.Məcidbəyli aydınlıq gətirib ki, bu, namizədin ehtiyat kadr siyahısında qalma müddətinin bitməsi, onların könüllü olaraq başqa sahədə işə qəbul olması və öz təşəbbüsü əsasında olan başqa səbəblərlə bağlı olub. Qalan 325 nəfər ehtiyat kadrın 74-ü “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar, 251-i isə DQMK-nin keçirdiyi müsabiqələrdə uğur qazananlardır. Hazırda qeyd olunan 325 nəfərin müxtəlif dövlət orqanlarında ixtisaslarına uyğun vəzifələrə təyin olunması ilə bağlı komissiyada işin getdiyini xatırladan R.Məcidbəyli bildirib ki, DQMK namizədlərin vakant vəzifələrə təyinatı ilə bağlı 59 dövlət orqanına müraciət edib. O əlavə edib ki, müraciətlərə baxılır və nəticəsi barədə məlumat veriləcək. Ehtiyat kadrların bu siyahında qalma müddətinə gəlincə, R.Məcidbəyli qeyd edib ki, bunun müddəti 2 ildir. Onun sözlərinə görə, bu müddət ərzində DQMK ehtiyat kadrı vəzifəyə təyin edə bilmirsə, həmin şəxs ehtiyat kadr siyahısından çıxır: “Məqsədimiz odur ki, bunları ən qısa müddətdə müxtəlif vəzifələrlə təmin edək”. Xaricdə təhsil alanların müraciətinə gəlincə, R.Məcidbəyli deyib ki, sözügedən dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların 73-nün siyahısı müxtəlif dövlət orqanlarında vakant vəzifələrə təyin edilməsi üçün DQMK-ya təqdim edilib. O, gələcəkdə də xaricdə təhsil alanların komissiyanın ehtiyat kadr siyahısına daxil olacaqlarını söyləyib. Xaricdə təhsil almağa göndərilənlərin qayıdandan sonra hansı dövlət orqanında çalışacağı barədə əvvəlcədən məlumatlı olmaları ilə bağlı müvafiq sənədin hazırlanması məsələsinə də münasibət bildirən R.Məcidbəyli qeyd edib ki, belə bir layihə Təhsil Nazirliyində var. Onun sözlərinə görə, dövlət orqanları kadr siyasətinin planlaşdırılmasında həmin bazadan istifadə edirlər. Qeyd edək ki, ehtiyat kadrlar 2007-ci ilin sonundan sonra yarananlardır. Adı çəkilən dövlət proqramı çərçivəsində xaricdə təhsil alanlar isə DQMK-nin müsabiqə və müsahibələrində iştirak etmədən birbaşa dövlət orqanlarında işlə təmin edilirlər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 375
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30