Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AZADİNFORM-un “Astara” qəzetində görüşü baş tutmadı
04.12.09 18:52

AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Astara rayonunda nəşr olunan “Astara” qəzetində monitorinq aparmaq və qəzet əməkdaşları üçün treninq keçirmək istəyi baş tutmadı. Daha doğrusu AZADİNFORM rəhbərliyinin bu istəyinin reallaşmasına qəzetin baş yazarı imkan vermədi. Bir neçə dəfə, daha dəqiq desək “Astara” qəzetinin baş redaktoru Sakitağa Kərimova 20 dəfədən çox zəng edib, onunla əlaqə saxlayıb tədbirin keçirilmə vaxtını müəyyənləşdirməyə çalışılsaq da, buna nail ola bilmədik. S.Kərimov müxtəlif bəhanələrlə tədbirin keçirilməsinə mane oldu. Səbəbini də səhhətində yaranan problemlərlə əlaqələndirdi və işə çıxmadığını bildirdi.
Lənkəranda nəzərdə tutulan tədbirdən sonra AZADİNFORM-un layihə rəhbəri S.Kərimova üzbəüz şəfa diləmək üçün Astaraya yollanırıq. Rayonun girişindən S.Kərimovla yenidən telefon əlaqəsi saxlayır, cənab baş redaktorun harada olması ilə maraqlanırıq. Bu dəfə S.Kərimov qəzetin çapı ilə bağlı Bakı şəhərində olduğunu bildirir. S.Kərimovla uzun-uzadı telefon söhbətindən sonra onunla Bakı şəhərində, AZADİNFORM İnformasiya Agentliyinin redaksiyasında görüşmək barədə razılıq əldə edirik. Nəhayət, S.Kərimovla redaksiyada deyil, Azərbaycan Nəşriyyatında görüşdük. Bu dəfə də S.Kərimov redaksiyamıza təşrif buyurmadı. O, qəzetin çapına gecikdiyini, qatara bilet aldığını, xəstə olduğunu əsas gətirərək bizimlə yalnız ayaqüstü 5-10 dəqiqə söhbət etməklə kifayətləndi. Biz S.Kərimovdan yalnız monitorinq üçün “Astara” qəzetinin bir neçə nüsxəsini ala bildik və bir də məşhur qəzetin şanlı tarixi haqqında bir səhifəlik cızmaqara…
Qeyd edək ki, bu kimi görüşlərin keçirilməsində biz deyil, əyalət mətbuatının rəhbərləri daha çox maraqlı olmalıdırlar. Necə ki, Yardımlı, Masallı, Lerik, Biləsuvar və Lənkəranda çap olunan əyalət qəzetlərinin baş redaktorları maraqlı idilər. Onlar həm keçirilən görüşlərin təşkilində, həm də aparılan müzakirələrdə çox fəallıq nümayiş etdirirdilər. 
Bu yazı AZADİNFORM İA-nin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/article/a-377.html