Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    AZADİNFORM-un “Astara” qəzetində görüşü baş tutmadı
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Astara rayonunda nəşr olunan “Astara” qəzetində monitorinq aparmaq və qəzet əməkdaşları üçün treninq keçirmək istəyi baş tutmadı.

    Daha doğrusu AZADİNFORM rəhbərliyinin bu istəyinin reallaşmasına qəzetin baş yazarı imkan vermədi. Bir neçə dəfə, daha dəqiq desək “Astara” qəzetinin baş redaktoru Sakitağa Kərimova 20 dəfədən çox zəng edib, onunla əlaqə saxlayıb tədbirin keçirilmə vaxtını müəyyənləşdirməyə çalışılsaq da, buna nail ola bilmədik. S.Kərimov müxtəlif bəhanələrlə tədbirin keçirilməsinə mane oldu. Səbəbini də səhhətində yaranan problemlərlə əlaqələndirdi və işə çıxmadığını bildirdi.
    Lənkəranda nəzərdə tutulan tədbirdən sonra AZADİNFORM-un layihə rəhbəri S.Kərimova üzbəüz şəfa diləmək üçün Astaraya yollanırıq. Rayonun girişindən S.Kərimovla yenidən telefon əlaqəsi saxlayır, cənab baş redaktorun harada olması ilə maraqlanırıq. Bu dəfə S.Kərimov qəzetin çapı ilə bağlı Bakı şəhərində olduğunu bildirir. S.Kərimovla uzun-uzadı telefon söhbətindən sonra onunla Bakı şəhərində, AZADİNFORM İnformasiya Agentliyinin redaksiyasında görüşmək barədə razılıq əldə edirik. Nəhayət, S.Kərimovla redaksiyada deyil, Azərbaycan Nəşriyyatında görüşdük. Bu dəfə də S.Kərimov redaksiyamıza təşrif buyurmadı. O, qəzetin çapına gecikdiyini, qatara bilet aldığını, xəstə olduğunu əsas gətirərək bizimlə yalnız ayaqüstü 5-10 dəqiqə söhbət etməklə kifayətləndi. Biz S.Kərimovdan yalnız monitorinq üçün “Astara” qəzetinin bir neçə nüsxəsini ala bildik və bir də məşhur qəzetin şanlı tarixi haqqında bir səhifəlik cızmaqara…
    Qeyd edək ki, bu kimi görüşlərin keçirilməsində biz deyil, əyalət mətbuatının rəhbərləri daha çox maraqlı olmalıdırlar. Necə ki, Yardımlı, Masallı, Lerik, Biləsuvar və Lənkəranda çap olunan əyalət qəzetlərinin baş redaktorları maraqlı idilər. Onlar həm keçirilən görüşlərin təşkilində, həm də aparılan müzakirələrdə çox fəallıq nümayiş etdirirdilər. 
    Bu yazı AZADİNFORM İA-nin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
    yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində dərc olunur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 579
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30