Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan Qəbələ RLS-in icarəsi üçün illik olaraq 50 milyon dollar vəsait tələb etməlidir”
06.06.11 21:09

“Rusiya Qəbələ RLS-nin taktiki planda Azərbaycanla və ya ABŞ-la ikitərəfli qaydada istifadə olunması fikirlərinə qətiyyən yer vermir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli deyib. Onun sözlərinə görə, əslində bu, Rusiyanın 2010-cu il fevralın 5-də təsdiqlənmiş yeni Hərbi Doktrinasının müddəalarından irəli gələn öhdəlikdir. “Sözügedən sənəddə əksini tapan müddəalara görə, Rusiya 2020-ci ilə qədər xaricdəki hərbi bazalarının təkmilləşdirilməsi istiqamətində konkret addımlar atacaq”,-deyə C.Sümərinli vurğulayıb. Ekspert qeyd edib ki, onda olan məlumata görə, Qəbələ RLS-in icarəsi üzrə Azərbaycanla Rusiya arasında imzalanacaq yeni müqavilədə Moskva Bakı üçün bir sıra şərtləri və vədləri ortaya qoya bilər. “Məndə olan məlumata görə, Rusiya Qəbələ RLS-in 2032-ci ilə qədər 20 illik icarəyə götürülməsində israr edir, bunun üçün illik icarə ödənişini 7 milyon dollardan 17 milyon dollaradək artırmaq niyyətindədir”,-deyə o, əlavə edib. Onun sözlərinə görə, Qəbələ RLS-lə bağlı müqavilənin imzalanması çərçivəsində Rusiyanın Azərbaycana təklif etdiyi məsələlərdən biri də Silahlı Qüvvələrə aşağı qiymətlərlə silah və hərbi texnika satılması ola bilər. “Bu zaman qiymət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrə tətbiq olan qiymətlə eyni olacaq. Fikrimcə, stansiyanın birtərəfli qaydada Rusiya tərəfindən icarəsinin davam etdirilməsi Azərbaycanın milli təhlükəsizlik maraqlarına ziddir. Bu, həm də ABŞ və Rusiya arasında aparılan çoxillik danışıqlara uyğun deyil. Yox əgər Rusiya Qəbələ RLS-dən təkbaşına istifadə niyyətində israr edərsə və bu vəziyyətdə Azərbaycana Qərbdən dəstək olmazsa, onda Bakı Moskva üçün milli təhlükəsizlik maraqlarına uyğun icarə qiyməti qoymalıdır. Araşdırmalar göstərir ki, reallıqları nəzərə alaraq, Azərbaycan Qəbələ RLS-in icarəsi üçün illik olaraq ən azı 50 milyon dollar vəsait tələb etməlidir”,-deyə, C.Sümərinli əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3762.html