Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan Qəbələ RLS-in icarəsi üçün illik olaraq 50 milyon dollar vəsait tələb etməlidir”
    “Rusiya Qəbələ RLS-nin taktiki planda Azərbaycanla və ya ABŞ-la ikitərəfli qaydada istifadə olunması fikirlərinə qətiyyən yer vermir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli deyib. Onun sözlərinə görə, əslində bu, Rusiyanın 2010-cu il fevralın 5-də təsdiqlənmiş yeni Hərbi Doktrinasının müddəalarından irəli gələn öhdəlikdir.

    “Sözügedən sənəddə əksini tapan müddəalara görə, Rusiya 2020-ci ilə qədər xaricdəki hərbi bazalarının təkmilləşdirilməsi istiqamətində konkret addımlar atacaq”,-deyə C.Sümərinli vurğulayıb. Ekspert qeyd edib ki, onda olan məlumata görə, Qəbələ RLS-in icarəsi üzrə Azərbaycanla Rusiya arasında imzalanacaq yeni müqavilədə Moskva Bakı üçün bir sıra şərtləri və vədləri ortaya qoya bilər. “Məndə olan məlumata görə, Rusiya Qəbələ RLS-in 2032-ci ilə qədər 20 illik icarəyə götürülməsində israr edir, bunun üçün illik icarə ödənişini 7 milyon dollardan 17 milyon dollaradək artırmaq niyyətindədir”,-deyə o, əlavə edib. Onun sözlərinə görə, Qəbələ RLS-lə bağlı müqavilənin imzalanması çərçivəsində Rusiyanın Azərbaycana təklif etdiyi məsələlərdən biri də Silahlı Qüvvələrə aşağı qiymətlərlə silah və hərbi texnika satılması ola bilər. “Bu zaman qiymət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrə tətbiq olan qiymətlə eyni olacaq. Fikrimcə, stansiyanın birtərəfli qaydada Rusiya tərəfindən icarəsinin davam etdirilməsi Azərbaycanın milli təhlükəsizlik maraqlarına ziddir. Bu, həm də ABŞ və Rusiya arasında aparılan çoxillik danışıqlara uyğun deyil. Yox əgər Rusiya Qəbələ RLS-dən təkbaşına istifadə niyyətində israr edərsə və bu vəziyyətdə Azərbaycana Qərbdən dəstək olmazsa, onda Bakı Moskva üçün milli təhlükəsizlik maraqlarına uyğun icarə qiyməti qoymalıdır. Araşdırmalar göstərir ki, reallıqları nəzərə alaraq, Azərbaycan Qəbələ RLS-in icarəsi üçün illik olaraq ən azı 50 milyon dollar vəsait tələb etməlidir”,-deyə, C.Sümərinli əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 367
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30