Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Çingiz Abdullayev: “Axmaq sensasiyalarla və ya kimisə təhqir etməklə kitab yazmaq olmaz”
03.06.11 19:52

«Mən yazıçıları pislərə və yaxşılara bölmürəm, mən onları yaza bilənlərə və yaza bilməyənlərə bölürəm». Bunu “KƏLAMİNFO”ya müsahibəsində Yazıçılar İttifaqının katibi, yazıçı Çingiz Abdullayev bildirib. Çingiz Abdullayev Yazıçılar İttifaqına qarşı «qruplaşma» yaradan və özünü postmodernist adlandıran gənc yazıcılara da münasibət bildirib: «Axı sensasiya, söyüşlə və ya axmaq yazı yazanda sən nə qazanırsan? Yazıçı o adamdır ki, kitab yaza bilir və bu kitab oxucuları cəlb edir. Mən deyə bilmərəm ki, onların çoxu belə yazıçıdır. Biri özünü söyür, o birisi başlayır Füzulini, ya Mirzə Cəlili təhqir etməyə. Bir yazıçımız var idi, başlamışdı Səməd Vurğunun əleyhinə yazı yazmağa. Təbii ki, biz Yazıçılar İttifaqında yığışıb onu ittifaqdan xaric etdik. Sonra başladı bizi təhqir etməyə. Cavab vermirdik, hamını təhqir edəndən sonra başladı peyğəmbəri təhqir etməyə. Mən də qəzetləri gətirdim Anar müəllimə, dedim ki, Anar müəllim, baxın, siz bu yazılara çox əsəbiləşirsiniz, xətrinizə dəyir, görürsünüz, bu adam peyğəmbərdən də yazır. Axı siz peyğəmbərdən böyük adam deyilsiniz, niyə əsəbiləşirsiniz?» Anar mənə baxıb dedi: «Təbii, mən heç vaxt peyğəmbərdən böyük ola bilmərəm. Amma peyğəmbər bu qəzetləri oxumur». Zarafat olsa da, anlamalıdırlar ki, xətti keçmək olmaz. Əgər Azərbaycanda 7-9 milyon müsəlman varsa, onların hissiyyatına toxunmaq olmaz”. Buna baxmayaraq, yazıçı kənarda qruplaşma yaradan gənc yazıçılar arasında istedadlı şəxslərin olduğunu da danmır: «Əlbəttə ki, bizimlə razı olmayanların hamısı pis ola bilməz. Onların arasında istedadlı adamlar da var, yaxşı yazıçılar da ola bilər. Yenə deyirəm ki, axmaq sensasiyalarla və ya kimisə təhqir etməklə kitab yazmaq olmaz. Onların çoxu özünü postmodernist adlandır. Və onlarla söhbət edəndə deyirlər ki, Nobel mükafatını alan yeganə müsəlman yazıçı Orxan Pamuk da postmodernistdir. Mən Orxanı çox yaxşı tanıyıram, o mənim dostumdur. Azərbaycana səfərlərinin birində məclisdə Anar ona deyib ki, Orxan bəy bizim cavan yazıçılarımız sizi postmodernist adlandırırlar. Orxan isə ona cavab verib, vallah mən indiyə kimi bilmirəm ki, postmodernist kimdir və mənə nəyə görə postmodernist deyirlər?!»
URL / WWW
http://kelam.az/article/a-3755.html