Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Çingiz Abdullayev: “Axmaq sensasiyalarla və ya kimisə təhqir etməklə kitab yazmaq olmaz”
    «Mən yazıçıları pislərə və yaxşılara bölmürəm, mən onları yaza bilənlərə və yaza bilməyənlərə bölürəm». Bunu “KƏLAMİNFO”ya müsahibəsində Yazıçılar İttifaqının katibi, yazıçı Çingiz Abdullayev bildirib. Çingiz Abdullayev Yazıçılar İttifaqına qarşı «qruplaşma» yaradan və özünü postmodernist adlandıran gənc yazıcılara da münasibət bildirib: «Axı sensasiya, söyüşlə və ya axmaq yazı yazanda sən nə qazanırsan? Yazıçı o adamdır ki, kitab yaza bilir və bu kitab oxucuları cəlb edir. Mən deyə bilmərəm ki, onların çoxu belə yazıçıdır. Biri özünü söyür, o birisi başlayır Füzulini, ya Mirzə Cəlili təhqir etməyə. Bir yazıçımız var idi, başlamışdı Səməd Vurğunun əleyhinə yazı yazmağa. Təbii ki, biz Yazıçılar İttifaqında yığışıb onu ittifaqdan xaric etdik. Sonra başladı bizi təhqir etməyə.

    Cavab vermirdik, hamını təhqir edəndən sonra başladı peyğəmbəri təhqir etməyə. Mən də qəzetləri gətirdim Anar müəllimə, dedim ki, Anar müəllim, baxın, siz bu yazılara çox əsəbiləşirsiniz, xətrinizə dəyir, görürsünüz, bu adam peyğəmbərdən də yazır. Axı siz peyğəmbərdən böyük adam deyilsiniz, niyə əsəbiləşirsiniz?» Anar mənə baxıb dedi: «Təbii, mən heç vaxt peyğəmbərdən böyük ola bilmərəm. Amma peyğəmbər bu qəzetləri oxumur». Zarafat olsa da, anlamalıdırlar ki, xətti keçmək olmaz. Əgər Azərbaycanda 7-9 milyon müsəlman varsa, onların hissiyyatına toxunmaq olmaz”. Buna baxmayaraq, yazıçı kənarda qruplaşma yaradan gənc yazıçılar arasında istedadlı şəxslərin olduğunu da danmır: «Əlbəttə ki, bizimlə razı olmayanların hamısı pis ola bilməz. Onların arasında istedadlı adamlar da var, yaxşı yazıçılar da ola bilər. Yenə deyirəm ki, axmaq sensasiyalarla və ya kimisə təhqir etməklə kitab yazmaq olmaz. Onların çoxu özünü postmodernist adlandır. Və onlarla söhbət edəndə deyirlər ki, Nobel mükafatını alan yeganə müsəlman yazıçı Orxan Pamuk da postmodernistdir. Mən Orxanı çox yaxşı tanıyıram, o mənim dostumdur. Azərbaycana səfərlərinin birində məclisdə Anar ona deyib ki, Orxan bəy bizim cavan yazıçılarımız sizi postmodernist adlandırırlar. Orxan isə ona cavab verib, vallah mən indiyə kimi bilmirəm ki, postmodernist kimdir və mənə nəyə görə postmodernist deyirlər?!»

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 385
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30