Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət orqanları etik davranış qaydaları haqda hesabatı müzakirə etmir
03.06.11 19:52

Dövlət orqanları etik davranış qaydalarının icra vəziyyəti haqqındakı hesabatlarını əvvəlcə müzakirə etməli, sonra isə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) təqdim etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib. “Dövlət orqanlarına öhdəlik qoyulub ki, hər il həmin qurumun daxilindəki etik mədəniyyətin nəticələrini əks etdirən hesabat hazırlayaraq DQMK-ya təqdim etsinlər. Bu hesabatlar təqdim edilir. Həmin hesabatlar müvafiq dövlət orqanlarının şöbələri tərəfindən birbaşa rəhbərliyə təqdim olunur və o da rəhbərlik tərəfindən imzalanaraq komissiyaya göndərilir. Təhlillər göstərir ki, həmin hesabatlar qurumda müzakirə mövzusu olmur” deyən R.Məcidbəyli bundan sonra sözügedən hesabatın ilk növbədə həmin qurumda açıq müzakirə edilməsinin tələb ediləcəyini qeyd edib. Onun sözlərinə görə, bu prosesə komissiya tərəfindən ciddi nəzarət ediləcək. R.Məcidbəyli tələb etdikləri işin üstünlüklərini də açıqlayıb: “Hesab edirik ki, bu müzakirələr həmin dövlət orqanlarında etik davranış qaydalarının gələcəkdə düzgün yerinə yetirilməsi üçün çox vacibdir. Dövlət orqanlarında vəzifəli şəxslər müzakirəyə qatılmadığı halda bu məlumatlar hazırlanır və rəhbərlik tərəfindən imzalanaraq komissiyaya göndərilir. Dövlət qulluqçuları bilmirlər ki, həmin dövr ərzində işlədiyi orqanda nələr baş verir. Beləliklə, burada formallıq elementləri meydana gəlir” deyən R.Məcidbəyli bu məsələdə işin metodoloji baxımdan düzgün qurulmasını istədiklərini söyləyib. Dövlət orqanları həmin məlumatlara müəyyən əlavələr və düzəliş etmək, yaxud gələcəkdə bu halların aradan qaldırılması ilə bağlı təkliflər vermək imkanına malik olmalıdırlar. Bu da nəticədə gələcəkdə müşahidə edilən neqativ halların qarşısının alınması üçün vacibdir” deyən R.Məcidbəyli əlavə edib ki, təqdim edilən hesabatlarda dövlət qulluqçusunu narahat edən məsələlər də əks olunmalıdır. R.Məcidbəyli bəzən dövlət orqanlarında etik davranış qaydalarının daxili intizam qaydaları ilə səhv salındığını da söyləyib: “Bəzən etik qaydalar işə vaxtında gəlmək və vaxtından getmək, iş vaxtı rəhbərliyin verdiyi tapşırıqları düzgün yerinə yetirək kimi xarakterizə olunur” - deyə R.Məcidbəyli əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3748.html