Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dövlət orqanları etik davranış qaydaları haqda hesabatı müzakirə etmir
    Dövlət orqanları etik davranış qaydalarının icra vəziyyəti haqqındakı hesabatlarını əvvəlcə müzakirə etməli, sonra isə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) təqdim etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib. “Dövlət orqanlarına öhdəlik qoyulub ki, hər il həmin qurumun daxilindəki etik mədəniyyətin nəticələrini əks etdirən hesabat hazırlayaraq DQMK-ya təqdim etsinlər.

    Bu hesabatlar təqdim edilir. Həmin hesabatlar müvafiq dövlət orqanlarının şöbələri tərəfindən birbaşa rəhbərliyə təqdim olunur və o da rəhbərlik tərəfindən imzalanaraq komissiyaya göndərilir. Təhlillər göstərir ki, həmin hesabatlar qurumda müzakirə mövzusu olmur” deyən R.Məcidbəyli bundan sonra sözügedən hesabatın ilk növbədə həmin qurumda açıq müzakirə edilməsinin tələb ediləcəyini qeyd edib. Onun sözlərinə görə, bu prosesə komissiya tərəfindən ciddi nəzarət ediləcək. R.Məcidbəyli tələb etdikləri işin üstünlüklərini də açıqlayıb: “Hesab edirik ki, bu müzakirələr həmin dövlət orqanlarında etik davranış qaydalarının gələcəkdə düzgün yerinə yetirilməsi üçün çox vacibdir. Dövlət orqanlarında vəzifəli şəxslər müzakirəyə qatılmadığı halda bu məlumatlar hazırlanır və rəhbərlik tərəfindən imzalanaraq komissiyaya göndərilir. Dövlət qulluqçuları bilmirlər ki, həmin dövr ərzində işlədiyi orqanda nələr baş verir. Beləliklə, burada formallıq elementləri meydana gəlir” deyən R.Məcidbəyli bu məsələdə işin metodoloji baxımdan düzgün qurulmasını istədiklərini söyləyib. Dövlət orqanları həmin məlumatlara müəyyən əlavələr və düzəliş etmək, yaxud gələcəkdə bu halların aradan qaldırılması ilə bağlı təkliflər vermək imkanına malik olmalıdırlar. Bu da nəticədə gələcəkdə müşahidə edilən neqativ halların qarşısının alınması üçün vacibdir” deyən R.Məcidbəyli əlavə edib ki, təqdim edilən hesabatlarda dövlət qulluqçusunu narahat edən məsələlər də əks olunmalıdır. R.Məcidbəyli bəzən dövlət orqanlarında etik davranış qaydalarının daxili intizam qaydaları ilə səhv salındığını da söyləyib: “Bəzən etik qaydalar işə vaxtında gəlmək və vaxtından getmək, iş vaxtı rəhbərliyin verdiyi tapşırıqları düzgün yerinə yetirək kimi xarakterizə olunur” - deyə R.Məcidbəyli əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 400
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30