Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalist qadınlar bəyanat verdilər
01.06.11 20:05

Azərbaycanda qadın jurnalistlər və yazarlar bir günlük peşələrindən imtina edib. Buna səbəb 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların öldürülməsinə, təzyiqə məruz qoyulmasına, uşaq hüquqlarının tapdanmasına etirazdır. “KƏLAMİNFO” xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə keçirilən tədbirdə 50-dən çox xanım jurnalist və yazar iştirak edib. BMM-də reallaşdırılan aksiyada çıxış edərkən AJQA rəhbəri Sevil Yusifova ölkənin aparıcı KİV-lərinin tədbirə dəstək verdiyini və bundan məmnun olduğunu diqqətə çatdırdı. Day.az xəbər portalının baş redaktoru Sevda İlhamqızı Azərbaycanın qadın jurnalistlərinin uşaqların bayram günündə bəd notlardan danışmalı olmalarından təəssüf hissi keçirdiyini bildirdi: “Təəssüf ki, biz müharibə şəraitində yaşadığımız üçün buna məcburuq. Bu gün biz öz dərdlərimizi həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq fürsəti qazanmışıq”.Yazıçı-publisist İradə Tuncay 1 İyun tarixindən danışaraq bildirdi ki, bu gün ilk dəfə Avropada bayram kimi qeyd edilib: “Görünür, orada da hansısa zərurət, səbəb olub belə bir günün keçirilməsinə. Uşaqların böyüklərə həmişə ehtiyacı var”. Beynəlxalq Elmi Araşdırmalar İctimai Birliyinin sədri Aygün Həsənova bir günlük peşədən imtina etməyin heç də heç bir işlə məşğul olmamaq demək olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Onun sözlərinə görə, qadın jurnalistlər bu günlərini başqa işlərə deyil, məhz uşaqlarla bağlı məsələlərə həsr etməklə onlara olan diqqət və sevgilərini ifadə edirlər: “Bizim 18 uşağımız hələ də erməni əsirliyindədir. Onların aralarında əsir düşərkən hətta 10 aylıq körpə olanı da var. Biz bu məsələləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Uşaqlar böyüklərin iddialarının, hərisliklərinin qurbanı olurlar”. Tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olan uşaqlarımızdan bu il martın 8-i Beynəlxalq Analar Günündə erməni snayperi tərəfindən qəddarcasına qətlə yetirilən Fariz Bədəlovu anaraq Azərbaycan uşaqlarının haqq səsinin beynəlxalq aləmə çıxarılmalı olduğunu vurğuladılar və bu istiqamətdə təkliflər verdilər. Tədbirin sonunda jurnalist qadınların adından bəyanat qəbul olundu. Bəyanatda I Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən, əsir götürülən və zorakılığa məruz qoyulan uşaqlar haqda məlumatlar özünə yer alıb. Bəyanat müəllifləri, həmçinin dünya qadınlarını onların səsinə səs verməyə, uşaqların qətlə yetirilməsinə, zorakılığa məruz qoyulmasına etiraz etməyə çağırırlar.
URL / WWW
http://kelam.az/article/a-3717.html