Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Jurnalist qadınlar bəyanat verdilər
    Azərbaycanda qadın jurnalistlər və yazarlar bir günlük peşələrindən imtina edib. Buna səbəb 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların öldürülməsinə, təzyiqə məruz qoyulmasına, uşaq hüquqlarının tapdanmasına etirazdır. “KƏLAMİNFO” xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə keçirilən tədbirdə 50-dən çox xanım jurnalist və yazar iştirak edib. BMM-də reallaşdırılan aksiyada çıxış edərkən AJQA rəhbəri Sevil Yusifova ölkənin aparıcı KİV-lərinin tədbirə dəstək verdiyini və bundan məmnun olduğunu diqqətə çatdırdı. Day.az xəbər portalının baş redaktoru Sevda İlhamqızı Azərbaycanın qadın jurnalistlərinin uşaqların bayram günündə bəd notlardan danışmalı olmalarından təəssüf hissi keçirdiyini bildirdi: “Təəssüf ki, biz müharibə şəraitində yaşadığımız üçün buna məcburuq. Bu gün biz öz dərdlərimizi həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq fürsəti qazanmışıq”.

    Yazıçı-publisist İradə Tuncay 1 İyun tarixindən danışaraq bildirdi ki, bu gün ilk dəfə Avropada bayram kimi qeyd edilib: “Görünür, orada da hansısa zərurət, səbəb olub belə bir günün keçirilməsinə. Uşaqların böyüklərə həmişə ehtiyacı var”. Beynəlxalq Elmi Araşdırmalar İctimai Birliyinin sədri Aygün Həsənova bir günlük peşədən imtina etməyin heç də heç bir işlə məşğul olmamaq demək olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Onun sözlərinə görə, qadın jurnalistlər bu günlərini başqa işlərə deyil, məhz uşaqlarla bağlı məsələlərə həsr etməklə onlara olan diqqət və sevgilərini ifadə edirlər: “Bizim 18 uşağımız hələ də erməni əsirliyindədir. Onların aralarında əsir düşərkən hətta 10 aylıq körpə olanı da var. Biz bu məsələləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Uşaqlar böyüklərin iddialarının, hərisliklərinin qurbanı olurlar”. Tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olan uşaqlarımızdan bu il martın 8-i Beynəlxalq Analar Günündə erməni snayperi tərəfindən qəddarcasına qətlə yetirilən Fariz Bədəlovu anaraq Azərbaycan uşaqlarının haqq səsinin beynəlxalq aləmə çıxarılmalı olduğunu vurğuladılar və bu istiqamətdə təkliflər verdilər. Tədbirin sonunda jurnalist qadınların adından bəyanat qəbul olundu. Bəyanatda I Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən, əsir götürülən və zorakılığa məruz qoyulan uşaqlar haqda məlumatlar özünə yer alıb. Bəyanat müəllifləri, həmçinin dünya qadınlarını onların səsinə səs verməyə, uşaqların qətlə yetirilməsinə, zorakılığa məruz qoyulmasına etiraz etməyə çağırırlar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 331
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30