Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
01.06.11 19:58

Bu gün AMEA Rəyasət Heyətində “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Rumıniyanın Babeş-Bolyai Universiteti və bu ölkənin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycan, Rumıniya, Türkiyə, Gürcüstan, Pakistan, Rusiya, Özbəkistan və digər ölkələrdən olan çoxsaylı alimlər iştirak edir. Konfransa 193 tezisin göndərildiyini diqqətə çatdıran AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva toplantının aktuallığından da bəhs edib: “İlbəil Yaxın və Orta Şərq ölkələrində proseslər çox qaynar istiqamətdə inkişaf edir. Digər tərəfdən, Uzaq Şərq, Mərkəzi Asiyada, həmçinin Əfqanıstan, qonşu İranda dünya üçün taleyüklü proseslər gedir. Çin, Cənubi Koreya və Yaponiyanın iqtisadiyyatı elə inkişaf edir ki, bu da bilavasitə dünyanın inkişaf yollarına təsir edir”,-deyən G.Baxşəliyeva bildirib ki, qeyd olunan prosesləri nəzərə alsaq belə konfransların keçirilməsi əhəmiyyətlidir. Birgə konfransların əvvəllər də keçirildiyini xatırladan Rumıniyada fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, professor Tasin Cemil qeyd edib ki, belə konfransların digər məqsədi də Qərblə Şərqi dialoq vasitəsilə bir-birinə yaxınlaşdırmaq və hər iki tərəf arasında olan problemləri meydana çıxarmaqdan ibarətdir. Onun sözlərinə görə, belə konfranslar vasitəsilə Şərq dünyası ilə Qərb dünyası arasında bir körpü yaratmaq da mümkündür. O, bu günə qədər keçirilən dialoqların nəticələrindən də bəhs edib və bildirib ki, alimlər Qərblə Şərqin yaxınlaşması istiqamətində əlindən gələni etməlidir və bu, onların borcudur. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq digər addımlar isə siyasətçilərin işidir. Babeş-Bolyai Universitetinin rektoru, professor Cluj Napoça isə qeyd edib ki, belə birgə konfransların təşkil edilməsi elmi müəssisələr arasındakı normal əməkdaşlığın bir nümunəsidir. Şərqşünaslıq elminin aktual problemləri və digər məsələlərdən bəhs edən C.Napoça qeyd edib ki, bu elmin incəliklərini bilmək çox böyük zəhmət tələb edir. Qeyd edək ki, konfrans öz işini günün ikinci yarısı Şərqşünaslıq İnstitutunda davam etdirəcək. Konfrans sabah başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-3709.html