Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
    Bu gün AMEA Rəyasət Heyətində “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Rumıniyanın Babeş-Bolyai Universiteti və bu ölkənin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycan, Rumıniya, Türkiyə, Gürcüstan, Pakistan, Rusiya, Özbəkistan və digər ölkələrdən olan çoxsaylı alimlər iştirak edir.

    Konfransa 193 tezisin göndərildiyini diqqətə çatdıran AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva toplantının aktuallığından da bəhs edib: “İlbəil Yaxın və Orta Şərq ölkələrində proseslər çox qaynar istiqamətdə inkişaf edir. Digər tərəfdən, Uzaq Şərq, Mərkəzi Asiyada, həmçinin Əfqanıstan, qonşu İranda dünya üçün taleyüklü proseslər gedir. Çin, Cənubi Koreya və Yaponiyanın iqtisadiyyatı elə inkişaf edir ki, bu da bilavasitə dünyanın inkişaf yollarına təsir edir”,-deyən G.Baxşəliyeva bildirib ki, qeyd olunan prosesləri nəzərə alsaq belə konfransların keçirilməsi əhəmiyyətlidir. Birgə konfransların əvvəllər də keçirildiyini xatırladan Rumıniyada fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, professor Tasin Cemil qeyd edib ki, belə konfransların digər məqsədi də Qərblə Şərqi dialoq vasitəsilə bir-birinə yaxınlaşdırmaq və hər iki tərəf arasında olan problemləri meydana çıxarmaqdan ibarətdir. Onun sözlərinə görə, belə konfranslar vasitəsilə Şərq dünyası ilə Qərb dünyası arasında bir körpü yaratmaq da mümkündür. O, bu günə qədər keçirilən dialoqların nəticələrindən də bəhs edib və bildirib ki, alimlər Qərblə Şərqin yaxınlaşması istiqamətində əlindən gələni etməlidir və bu, onların borcudur. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq digər addımlar isə siyasətçilərin işidir. Babeş-Bolyai Universitetinin rektoru, professor Cluj Napoça isə qeyd edib ki, belə birgə konfransların təşkil edilməsi elmi müəssisələr arasındakı normal əməkdaşlığın bir nümunəsidir. Şərqşünaslıq elminin aktual problemləri və digər məsələlərdən bəhs edən C.Napoça qeyd edib ki, bu elmin incəliklərini bilmək çox böyük zəhmət tələb edir. Qeyd edək ki, konfrans öz işini günün ikinci yarısı Şərqşünaslıq İnstitutunda davam etdirəcək. Konfrans sabah başa çatacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 351
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30