Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ekspert: “Azərbaycanda sosial mənzil proqramı qəbul edilməlidir”
31.05.11 19:41

“Ölkədə əhalinin daha geniş kütləsini yaşayış evləri ilə təmin etmək üçün sosial mənzil proqramı qəbul edilməlidir. Əks halda evsizlik problemi daha geniş vüsət alacaq”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov mətbuata açıqlamasında bildirib. Ekspert deyir ki, əhalinin mənzillərə əlçatanlıq səviyyəsinə görə Azərbaycan bir sıra Avropa ölkələri ilə müqayisədə 10 dəfə, hətta bəzi ölkələrdən 20 dəfə geri qalır. Onun sözlərinə görə, bu sahədə vəziyyət ildən-ilə geriləyir: “Ölkədə orta aylıq maaşla 0,41 kvadratmetr mənzil sahəsi əldə etmək olar. Halbuki Avropa statistik qurumunun məlumatlarına görə, İngiltərədə bu göstərici 5,41 kvadratmetr, Finlandiyada isə 10,55 kvadratmetr təşkil edir”. C.Xəlilov qeyd edir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əgər 2008-ci ildə ölkədə 1008 ailə öz mənzil şəraitini yaxşılaşdırmağa müvəffəq olubsa, 2009-cu ildə cəmisi 941 ailə buna nail ola bilib: “Bu isə o deməkdir ki, hər il ailələrin orta hesabla 0,05 faizi öz mənzil şəraitini yaxşılaşdıra bilir”. Uğurlu xarici təcrübələrə toxunan ekspert bildirib ki, əksər ölkələrdə mənzil probleminin həllini dövlət öz üzərinə götürür və bu, müxtəlif proqramlar vasitəsilə həyata keçirilir: “Beynəlxalq təcrübədə analoji proqramlar uzun illər tətbiq olunur. Qonşu Rusiyada hələ 2005-ci ildən “Rusiya Federasiyası vətəndaşları üçün - əlçatan və rahat yaşayış sahələri” adlı milli layihə icra olunmağa başlayıb. Burada əsas hədəflərdən biri mənzil almaq imkanına malik olan ailələrin xüsusi çəkisini 9 faizdən 30 faizə qədər artırmaqdır. ABŞ-da icra olunan “Yaşayış sahələrinə əlçatanlığın təmin edilməsi” dövlət proqramı eyni məqsəd daşıyır. Eyni zamanda, İngiltərədə hələ 2008-ci ildə “Yaşayış sahələri və bərpa aktı” qəbul olunub”. C.Xəlilov qeyd edir ki, Azərbaycanda mənzil təminatı sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün hökumət “Aztəminatlı əhali üçün (əlçatan) sosial mənzil proqramı” qəbul etməli və bu proqram konkret hədəflərə yönəlməlidir. Proqramın əsas qayəsi ölkədə aztəminatlı təbəqələr üçün əlçatan qiymətlərlə mənzillərin (sosial yönümlü) tikintisi olmalıdır.
URL / WWW
http://kelam.az/article/a-3702.html