Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ekspert: “Azərbaycanda sosial mənzil proqramı qəbul edilməlidir”
    “Ölkədə əhalinin daha geniş kütləsini yaşayış evləri ilə təmin etmək üçün sosial mənzil proqramı qəbul edilməlidir. Əks halda evsizlik problemi daha geniş vüsət alacaq”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov mətbuata açıqlamasında bildirib. Ekspert deyir ki, əhalinin mənzillərə əlçatanlıq səviyyəsinə görə Azərbaycan bir sıra Avropa ölkələri ilə müqayisədə 10 dəfə, hətta bəzi ölkələrdən 20 dəfə geri qalır. Onun sözlərinə görə, bu sahədə vəziyyət ildən-ilə geriləyir: “Ölkədə orta aylıq maaşla 0,41 kvadratmetr mənzil sahəsi əldə etmək olar. Halbuki Avropa statistik qurumunun məlumatlarına görə, İngiltərədə bu göstərici 5,41 kvadratmetr, Finlandiyada isə 10,55 kvadratmetr təşkil edir”.

    C.Xəlilov qeyd edir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əgər 2008-ci ildə ölkədə 1008 ailə öz mənzil şəraitini yaxşılaşdırmağa müvəffəq olubsa, 2009-cu ildə cəmisi 941 ailə buna nail ola bilib: “Bu isə o deməkdir ki, hər il ailələrin orta hesabla 0,05 faizi öz mənzil şəraitini yaxşılaşdıra bilir”. Uğurlu xarici təcrübələrə toxunan ekspert bildirib ki, əksər ölkələrdə mənzil probleminin həllini dövlət öz üzərinə götürür və bu, müxtəlif proqramlar vasitəsilə həyata keçirilir: “Beynəlxalq təcrübədə analoji proqramlar uzun illər tətbiq olunur. Qonşu Rusiyada hələ 2005-ci ildən “Rusiya Federasiyası vətəndaşları üçün - əlçatan və rahat yaşayış sahələri” adlı milli layihə icra olunmağa başlayıb. Burada əsas hədəflərdən biri mənzil almaq imkanına malik olan ailələrin xüsusi çəkisini 9 faizdən 30 faizə qədər artırmaqdır. ABŞ-da icra olunan “Yaşayış sahələrinə əlçatanlığın təmin edilməsi” dövlət proqramı eyni məqsəd daşıyır. Eyni zamanda, İngiltərədə hələ 2008-ci ildə “Yaşayış sahələri və bərpa aktı” qəbul olunub”. C.Xəlilov qeyd edir ki, Azərbaycanda mənzil təminatı sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün hökumət “Aztəminatlı əhali üçün (əlçatan) sosial mənzil proqramı” qəbul etməli və bu proqram konkret hədəflərə yönəlməlidir. Proqramın əsas qayəsi ölkədə aztəminatlı təbəqələr üçün əlçatan qiymətlərlə mənzillərin (sosial yönümlü) tikintisi olmalıdır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 298
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30