Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi bir sıra QHT ilə müqavilə imzaladı
27.05.11 22:53

Bu gün Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır. Bu il 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 164 təlimçi tərəfindən 9670 ibtidai sinif müəlliminə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirən nazir müvafiq sahədə səmərəliliyi artırmaq üçün bir sıra təkliflərini nəzərə çatdırıb və kurslarda iştirak edən müəllimlərə veriləcək sertifikatların dərəcələr üzrə bölünməsinin əhəmiyyətinə toxunub. Təlim kurslarının yekununda ibtidai sinif müəllimlərinin qiymətləndirilməsi məsələsindən söz açan M.Mərdanov Təhsil Nazirliyinin müvafiq sahə üzrə çalışan mütəxəssislərinin də bu işə cəlb olunmasının zəruriliyini vurğulayıb. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi üçün Təhsil Problemləri İnstitutu, Valideyn-Müəllim Assosiasiyası, KİV və digər qurumların nümayəndələrinin bu prosesə cəlb edilməsi məsələsinə toxunan nazir 2011-2012-ci tədris ilində yeni işə qəbul olunacaq ibtidai sinif müəllimlərinin də müvafiq təlimlərdən keçməsinin vacibliyini nəzərə çatdırıb. Cari ilin iyun-avqust aylarında keçiriləcək 10 günlük təlim kurslarının tədris planı və proqramının təsdiq edildiyini söyləyən Misir Mərdanov təlimlərin yerlərdə təşkil olunmasını xüsusilə yüksək dəyərləndirib, növbəti illərdə müvafiq kurslara cəlb olunacaq müəllimlərin sayı və əhatə dairəsinin daha da genişlənəcəyini bildirib. Daha sonra çıxış edənlər layihənin əhəmiyyətindən söz açıb, müəllimlərin təlimlərə cəlb olunması və uğurlu nəticələrin alınması baxımından bir sıra təkliflərini söyləyiblər. Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-3688.html