Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil Nazirliyi bir sıra QHT ilə müqavilə imzaladı
    Bu gün Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır.

    Bu il 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 164 təlimçi tərəfindən 9670 ibtidai sinif müəlliminə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirən nazir müvafiq sahədə səmərəliliyi artırmaq üçün bir sıra təkliflərini nəzərə çatdırıb və kurslarda iştirak edən müəllimlərə veriləcək sertifikatların dərəcələr üzrə bölünməsinin əhəmiyyətinə toxunub. Təlim kurslarının yekununda ibtidai sinif müəllimlərinin qiymətləndirilməsi məsələsindən söz açan M.Mərdanov Təhsil Nazirliyinin müvafiq sahə üzrə çalışan mütəxəssislərinin də bu işə cəlb olunmasının zəruriliyini vurğulayıb. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi üçün Təhsil Problemləri İnstitutu, Valideyn-Müəllim Assosiasiyası, KİV və digər qurumların nümayəndələrinin bu prosesə cəlb edilməsi məsələsinə toxunan nazir 2011-2012-ci tədris ilində yeni işə qəbul olunacaq ibtidai sinif müəllimlərinin də müvafiq təlimlərdən keçməsinin vacibliyini nəzərə çatdırıb. Cari ilin iyun-avqust aylarında keçiriləcək 10 günlük təlim kurslarının tədris planı və proqramının təsdiq edildiyini söyləyən Misir Mərdanov təlimlərin yerlərdə təşkil olunmasını xüsusilə yüksək dəyərləndirib, növbəti illərdə müvafiq kurslara cəlb olunacaq müəllimlərin sayı və əhatə dairəsinin daha da genişlənəcəyini bildirib. Daha sonra çıxış edənlər layihənin əhəmiyyətindən söz açıb, müəllimlərin təlimlərə cəlb olunması və uğurlu nəticələrin alınması baxımından bir sıra təkliflərini söyləyiblər. Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 663
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30