Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Münaqişənin həllində Birləşmiş Krallığın səylərini daha da artıracağına ümid edirik”
27.05.11 22:53

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniya-Azərbaycan Parlament qrupunun sədri Mark Fildin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Spiker qonaqları salamlayaraq ölkəmizlə Birləşmiş Krallıq arasında əlaqələrin zəngin tarixi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi Böyük Britaniya illə əməkdaşlığa böyük önəm verir. “Heç də təsadüfi deyil ki, həyatın müxtəlif sahələrində münasibətlərimizin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsinə yeni impuls verib. Bu günədək ölkələrimiz arasında 21 sənəd imzalanıb” - deyə spiker vurğulayıb. Sədr bildirib ki, hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində İngiltərə kapitalı Azərbaycanda səmərəli fəaliyyət göstərib: “Eyni mənzərəni bu gün də müşahidə edirik. Ölkəmizdə Birləşmiş Krallığın 123 şirkəti fəaliyyət göstərir. Azərbaycanın neft-qaz ehtiyatlarının istifadəyə verilməsində və dünya bazarlarına çatdırılmasında BP şirkəti mühüm rol oynayır. Dövlətlərarası əlaqələrin inkişafında parlamentlər yaxından iştirak edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları səmərəli fəaliyyət göstərirlər. Deputatlarımız müxtəlif beynəlxalq qurumlarda faydalı əməkdaşlıq edirlər. Avroatlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi Azərbaycan rəhbərliyinin daim diqqət mərkəzindədir. Biz Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində də münasibətlərimizin genişlənməsini əhəmiyyətli hesab edirik”. Görüşdə sədr bildirdi ki, regionda Avropaya inteqrasiya proseslərinə mane olan ən mühüm amillərdən biri Dağlıq Qarabağ münaqişəsidir. “Biz problemin həllində Birləşmiş Krallığın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll olunmasında Birləşmiş Krallığın səylərini bundan sonra daha da artıracağına ümid edirik” - deyə O.Əsədov əlavə edib. Azərbaycanda gördüyü inkişafdan məmnun qaldığını söyləyən M.Fild bildirib ki, o, Bakıda ikinci dəfədir səfərdə olur. Budəfəki səfərindən məqsəd Azərbaycandakı, o cümlədən bölgədəki vəziyyəti öyrənmək və bu məlumatları Britaniya parlamentinə, geniş ictimaiyyətə çatdırmaqdır. Qonaq səfər müddətində keçirdikləri görüşləri yüksək dəyərləndirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində siyasi iradənin mövcudluğunu xüsusi qeyd etdi. Bildirildi ki, Britaniya parlamentindəki dostluq qrupunun üzvləri Azərbaycanda olmaqdan, ölkəmizə səfər etməkdən məmnundurlar. Qrupun üzvləri ilə yanaşı, əlaqələrimizin daha da dərinləşməsində Avropa-Azərbaycan Cəmiyyətinin İngiltərə nümayəndəliyinin əməkdaşları da fəal iştirak edirlər. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Mark Fild ölkəsinin Azərbaycanla təkcə energetika sahəsində deyil, qeyri-neft sahələrində də əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev və digər rəsmi şəxslər iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-3685.html