Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Oqtay Əsədov: “Münaqişənin həllində Birləşmiş Krallığın səylərini daha da artıracağına ümid edirik”
    Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniya-Azərbaycan Parlament qrupunun sədri Mark Fildin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Spiker qonaqları salamlayaraq ölkəmizlə Birləşmiş Krallıq arasında əlaqələrin zəngin tarixi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi Böyük Britaniya illə əməkdaşlığa böyük önəm verir. “Heç də təsadüfi deyil ki, həyatın müxtəlif sahələrində münasibətlərimizin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsinə yeni impuls verib. Bu günədək ölkələrimiz arasında 21 sənəd imzalanıb” - deyə spiker vurğulayıb.

    Sədr bildirib ki, hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində İngiltərə kapitalı Azərbaycanda səmərəli fəaliyyət göstərib: “Eyni mənzərəni bu gün də müşahidə edirik. Ölkəmizdə Birləşmiş Krallığın 123 şirkəti fəaliyyət göstərir. Azərbaycanın neft-qaz ehtiyatlarının istifadəyə verilməsində və dünya bazarlarına çatdırılmasında BP şirkəti mühüm rol oynayır. Dövlətlərarası əlaqələrin inkişafında parlamentlər yaxından iştirak edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları səmərəli fəaliyyət göstərirlər. Deputatlarımız müxtəlif beynəlxalq qurumlarda faydalı əməkdaşlıq edirlər. Avroatlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi Azərbaycan rəhbərliyinin daim diqqət mərkəzindədir. Biz Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində də münasibətlərimizin genişlənməsini əhəmiyyətli hesab edirik”. Görüşdə sədr bildirdi ki, regionda Avropaya inteqrasiya proseslərinə mane olan ən mühüm amillərdən biri Dağlıq Qarabağ münaqişəsidir. “Biz problemin həllində Birləşmiş Krallığın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll olunmasında Birləşmiş Krallığın səylərini bundan sonra daha da artıracağına ümid edirik” - deyə O.Əsədov əlavə edib. Azərbaycanda gördüyü inkişafdan məmnun qaldığını söyləyən M.Fild bildirib ki, o, Bakıda ikinci dəfədir səfərdə olur. Budəfəki səfərindən məqsəd Azərbaycandakı, o cümlədən bölgədəki vəziyyəti öyrənmək və bu məlumatları Britaniya parlamentinə, geniş ictimaiyyətə çatdırmaqdır. Qonaq səfər müddətində keçirdikləri görüşləri yüksək dəyərləndirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində siyasi iradənin mövcudluğunu xüsusi qeyd etdi. Bildirildi ki, Britaniya parlamentindəki dostluq qrupunun üzvləri Azərbaycanda olmaqdan, ölkəmizə səfər etməkdən məmnundurlar. Qrupun üzvləri ilə yanaşı, əlaqələrimizin daha da dərinləşməsində Avropa-Azərbaycan Cəmiyyətinin İngiltərə nümayəndəliyinin əməkdaşları da fəal iştirak edirlər. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Mark Fild ölkəsinin Azərbaycanla təkcə energetika sahəsində deyil, qeyri-neft sahələrində də əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev və digər rəsmi şəxslər iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 541
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30