Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Ermənistanın imitasiya etmək imkanları daralıb”
25.05.11 21:38

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” mövzusunda mətbuat konfransı keçirib. “KƏLAMİNFO” xəbər verir ki, M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın imitasiya etmək imkanlarının daraldığını bildirib. İmitasiya üçün artıq yerin olmadığını diqqətə çatdıran M.Əhmədoğlu hesab edir ki, Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasının vaxtı çatıb. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti Kazan görüşünə toxunan M.Əhmədoğlu hesab edir ki, bu, çox ciddi bir görüş olmalıdır. Onun sözlərinə görə, bu görüşdə ya erməni separatçılığını canlandıran, ya da bu separatçılığa son qoya biləcək bir qərar qəbul edilə bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna üzv ölkələrin mövqeyindən bəhs edən M.Əhmədoğlu qeyd edib ki, burada Rusiya passiv, ABŞ qeyri-müəyyənlik, Fransa isə nisbətən aktiv mövqe sərgiləyir. Onun sözlərinə görə, ümumiyyətlə son vaxtlar Avropa Birliyi münaqişənin həlli ilə bağlı aktiv mövqe sərgiləyir. M.Əhmədoğlu fikrini belə əsaslandırıb ki, ABŞ bir tərəfdən münaqişənin sülh yolu ilə həll edilməsini, digər tərəfdən isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəyir. Onun sözlərinə görə, bütün dünya bilir ki, münaqişə həll edilmədən həmin ölkələrin münasibətlərinin normallaşması mümkün deyil və bunu Türkiyə tərəfi də dəfələrlə bəyan edib. O, ABŞ-ın, həmçinin regionda Ermənistanı söz sahibi etmək istədiyini də diqqətə çatdırıb. M.Əhmədoğlu İran-Ermənistan və İran-Gürcüstan münasibətlərindən də bəhs edib. O qeyd edib ki, İran regional terrorizmə dəstək verən, Azərbaycan isə bu terrorizmdən ziyan çəkən ölkədir. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Rusiyanın bu təşkilata üzv olan dövlətləri hərbi müdafiə etməsinin mümkünlüyü ilə bağlı açıqlamasına da toxunub. Bu fikri sərsəm bəyanat kimi xarakterizə edən M.Əhmədoğlu bildirib ki, onun fikirləri Rusiyanın siyasətinə ziddir və qonşu ölkə onunla bağlı ciddi tədbir görə bilər. Qeyd edək ki, KTMT baş katibi Nikolay Bordyuja bildirib ki, Rusiya Federasiyasının hərbi doktrinasına görə, bu ölkə KTMT üzvü olan dövlətlərə xarici müdaxilə zamanı həmin dövlətləri müdafiə etməlidir.
URL / WWW
http://kelam.az/article/a-3654.html