Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mübariz Əhmədoğlu: “Ermənistanın imitasiya etmək imkanları daralıb”
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” mövzusunda mətbuat konfransı keçirib. “KƏLAMİNFO” xəbər verir ki, M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın imitasiya etmək imkanlarının daraldığını bildirib. İmitasiya üçün artıq yerin olmadığını diqqətə çatdıran M.Əhmədoğlu hesab edir ki, Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasının vaxtı çatıb. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti Kazan görüşünə toxunan M.Əhmədoğlu hesab edir ki, bu, çox ciddi bir görüş olmalıdır. Onun sözlərinə görə, bu görüşdə ya erməni separatçılığını canlandıran, ya da bu separatçılığa son qoya biləcək bir qərar qəbul edilə bilər.

    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna üzv ölkələrin mövqeyindən bəhs edən M.Əhmədoğlu qeyd edib ki, burada Rusiya passiv, ABŞ qeyri-müəyyənlik, Fransa isə nisbətən aktiv mövqe sərgiləyir. Onun sözlərinə görə, ümumiyyətlə son vaxtlar Avropa Birliyi münaqişənin həlli ilə bağlı aktiv mövqe sərgiləyir. M.Əhmədoğlu fikrini belə əsaslandırıb ki, ABŞ bir tərəfdən münaqişənin sülh yolu ilə həll edilməsini, digər tərəfdən isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəyir. Onun sözlərinə görə, bütün dünya bilir ki, münaqişə həll edilmədən həmin ölkələrin münasibətlərinin normallaşması mümkün deyil və bunu Türkiyə tərəfi də dəfələrlə bəyan edib. O, ABŞ-ın, həmçinin regionda Ermənistanı söz sahibi etmək istədiyini də diqqətə çatdırıb. M.Əhmədoğlu İran-Ermənistan və İran-Gürcüstan münasibətlərindən də bəhs edib. O qeyd edib ki, İran regional terrorizmə dəstək verən, Azərbaycan isə bu terrorizmdən ziyan çəkən ölkədir. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Rusiyanın bu təşkilata üzv olan dövlətləri hərbi müdafiə etməsinin mümkünlüyü ilə bağlı açıqlamasına da toxunub. Bu fikri sərsəm bəyanat kimi xarakterizə edən M.Əhmədoğlu bildirib ki, onun fikirləri Rusiyanın siyasətinə ziddir və qonşu ölkə onunla bağlı ciddi tədbir görə bilər. Qeyd edək ki, KTMT baş katibi Nikolay Bordyuja bildirib ki, Rusiya Federasiyasının hərbi doktrinasına görə, bu ölkə KTMT üzvü olan dövlətlərə xarici müdaxilə zamanı həmin dövlətləri müdafiə etməlidir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 502
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30