Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision-2012”-də qonaqlar Azərbaycana necə gələcək?
20.05.11 02:02

“Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi ilə bağlı ictimaiyyət geniş müzakirələr aparır. 57-ci müsabiqənin ölkənin hansı bölgəsində, hansı məkanında keçirilməsi bu gün ən aktual mövzulardandır. Lakin bu müsabiqə ilə digər maraqlı məqam odur ki, yarışa qatılacaq ölkələrin hazırda Azərbaycanla viza problemi var. 50-yə yaxın ölkədən gəlməsi gözlənilən qonaqların bu halda Azərbaycana səfəri necə bəs baş tutacaq? “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyir ki, bununla bağlı ciddi narahatçılığa ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırda bir sıra Avropa ölkələri ilə viza problemimiz olsa da, gələn ilə kimi onların demək olar ki, hamısı ilə viza rejimi sadələşdiriləcək. “Onsuz da biz parlamentdə mütəmadi olaraq Avropa ölkələri ilə viza rejiminin sadələşdirilməsinə toxunuruq. “Eurovision-2012” ilə əlaqədar olaraq yəqin ki, bu məsələ intensivləşəcək. Çünki bu müsabiqə kifayət qədər ciddi hadisədir və Azərbaycan buna hərtərəfli ev sahibliyi edəcək” - deyə millət vəkili vurğulayıb. Ç.Qənizadə deyir ki, ümumiyyətlə, hazırda viza rejiminin sadələşdirilməsi məsələsində Avropa məkanında olan ölkələrə ayrıca diqqət yetirilir. “Çünki bu ölkələrin Azərbaycanla əməkdaşlığında vizanın sadələşdirilməsi vacib amildir. Müsabiqənin keçirilməsi də bu barədə görülən işlərin sürətlənməsinə təkan verir” - deyə o, əlavə edib. Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi sədri Əlövsət Əliyev deyir ki, ölkə qanunvericiliyində sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı müəyyən qaydalar mövcuddur. Onun sözlərinə görə, əgər Azərbaycana gələcək həmin qonaqları qanunla müəyyən edilmiş səlahiyyətə malik orqan dəvət edəcəksə, onlar Bakı hava limanında sadələşdirilmiş vizanı əldə edə biləcəklər. “Əks halda bu, mümkün deyil və əcnəbilər öz ölkələrindəki Azərbaycan konsulluqlarına müraciət edəcəklər və 15 gün müddətində viza alacaqlar” - deyə Ə.Əliyev vurğulayıb. O bildirib ki, əgər o vaxta qədər qanunda dəyişikliklər olmasa, çox sayda əcnəbinin ölkəyə gəlməsində müəyyən çətinliklər yaşanacaq. “Üstəlik, nəzərə almaq lazımdır ki, “Eurovision” müsabiqəsinin ən müxtəlif qonaqları olur. Azərbaycan gələn qonaqlara dini, irqi fərq qoyulmamalı, hətta cinsi azlıqlara belə dözümlü yanaşmalıdır” – deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3623.html