Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Eurovision-2012”-də qonaqlar Azərbaycana necə gələcək?
    “Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi ilə bağlı ictimaiyyət geniş müzakirələr aparır. 57-ci müsabiqənin ölkənin hansı bölgəsində, hansı məkanında keçirilməsi bu gün ən aktual mövzulardandır. Lakin bu müsabiqə ilə digər maraqlı məqam odur ki, yarışa qatılacaq ölkələrin hazırda Azərbaycanla viza problemi var. 50-yə yaxın ölkədən gəlməsi gözlənilən qonaqların bu halda Azərbaycana səfəri necə bəs baş tutacaq? “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyir ki, bununla bağlı ciddi narahatçılığa ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırda bir sıra Avropa ölkələri ilə viza problemimiz olsa da, gələn ilə kimi onların demək olar ki, hamısı ilə viza rejimi sadələşdiriləcək. “Onsuz da biz parlamentdə mütəmadi olaraq Avropa ölkələri ilə viza rejiminin sadələşdirilməsinə toxunuruq. “Eurovision-2012” ilə əlaqədar olaraq yəqin ki, bu məsələ intensivləşəcək. Çünki bu müsabiqə kifayət qədər ciddi hadisədir və Azərbaycan buna hərtərəfli ev sahibliyi edəcək” - deyə millət vəkili vurğulayıb.

    Ç.Qənizadə deyir ki, ümumiyyətlə, hazırda viza rejiminin sadələşdirilməsi məsələsində Avropa məkanında olan ölkələrə ayrıca diqqət yetirilir. “Çünki bu ölkələrin Azərbaycanla əməkdaşlığında vizanın sadələşdirilməsi vacib amildir. Müsabiqənin keçirilməsi də bu barədə görülən işlərin sürətlənməsinə təkan verir” - deyə o, əlavə edib. Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi sədri Əlövsət Əliyev deyir ki, ölkə qanunvericiliyində sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı müəyyən qaydalar mövcuddur. Onun sözlərinə görə, əgər Azərbaycana gələcək həmin qonaqları qanunla müəyyən edilmiş səlahiyyətə malik orqan dəvət edəcəksə, onlar Bakı hava limanında sadələşdirilmiş vizanı əldə edə biləcəklər. “Əks halda bu, mümkün deyil və əcnəbilər öz ölkələrindəki Azərbaycan konsulluqlarına müraciət edəcəklər və 15 gün müddətində viza alacaqlar” - deyə Ə.Əliyev vurğulayıb. O bildirib ki, əgər o vaxta qədər qanunda dəyişikliklər olmasa, çox sayda əcnəbinin ölkəyə gəlməsində müəyyən çətinliklər yaşanacaq. “Üstəlik, nəzərə almaq lazımdır ki, “Eurovision” müsabiqəsinin ən müxtəlif qonaqları olur. Azərbaycan gələn qonaqlara dini, irqi fərq qoyulmamalı, hətta cinsi azlıqlara belə dözümlü yanaşmalıdır” – deyə o, əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 520
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30