Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Azərbaycandan nə istəyir?
20.05.11 02:59

Bir neçə müddət bundan əvvəl ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının qeyri-obyektiv bəyanatı, mayın 12-də Avropa Parlamentinin insan haqları ilə bağlı Azərbaycan haqqında qərəzli qətnaməsi və s. artıq Qərbin Azərbaycana olan münasibətlərində şübhəli məqamları qabartmağa başlayıb. Regionda istənilən sahədə Azərbaycanın liderə çevrilməsi etiraf edilsə də, müxtəlif qətnamə və bəyanatlarla Azərbaycan demokratik prinsiplərin pozulmasında qınanır. Bir çox mütəxəssis isə hesab edir ki, Avropanın Azərbaycana qarşı bu qərəzi dəyərlərin müxtəlifliyindən doğur.Millət vəkili Musa Qasımlı “KƏLAMİNFO”ya müsahibəsində qeyd edir ki, bütün bunlar sadəcə olaraq, Azərbaycandan mümkün qədər daha çox nəsə qoparmaq üçün bir bəhanədir. “Azərbaycanda ənənəvi dəyərlərlə yanaşı, Qərb dəyərləri də kifayət qədər formalaşıb. Cəmi 20 ildir müstəqil olan ölkə daha bundan artıq nə edə bilər? Mən hesab edirəm ki, istər demokratiyanın inkişafında, istərsə də öz strateji tərəfdaşları ilə əməkdaşlıqda Azərbaycan Cənubi Qafqazda kifayət qədər iri layihələr həyata keçirən dövlətdir. Müxtəlif institutların, mərkəzlərin, bəzi avropalı diplomatların Azərbaycana qarşı qərəzinə bu cür don geyindirməsinin özü qeyri- obyektivlikdən xəbər verir. Məgər onlar Azərbaycanda Avropa meyillərinin inkişafını bu qədər görə bilmirlər?” - deyə M.Qasımlı vurğulayıb. Millət vəkili Zahid Oruc isə hesab edir ki, bu cür yanaşmalar heç bir siyasət adamının mövqeyinə uyğun gəlmir. “Mənim aləmimdə indiki gerçəklikdə Azərbaycanı bundan artıq demokratik etmək mümkün deyil. Mən istisna etmirəm ki, dərhal Gürcüstan mövqeyindən çıxış ediləcək. Amma onu deyə bilərəm ki, ciddi humanitar fəlakət, köçkünlük problemi, yerdəyişmələr, sosial haqların pozulması fonunda digər siyasi haqların gerçəkləşdirilməsinin vacibliyini kimsə mənə sübut edə bilməyəcək. Mən deyirəm ki, Azərbaycanın təkcə ərazisi yox, elə siyasi haqlarının da 20 faizi işğal olunmuş vəziyyətdədir. Azərbaycan bundan daha 20, 30 faiz demokratik olsa, Qərbin də eyni proporsiyada Azərbaycanı müdafiə edəcəyinə və qanadlarını siyasi təhlükəsizlik baxımından Azərbaycanın üzərinə sərəcəyinə əmin deyiləm. Mən səmimi fikrimi söyləyirəm ki, cəmiyyət idarəçiliyinin hakimiyyət tərəfindən görünən modeli belədir ki, bu gün bir sıra məsələlərdə ayrı-ayrı qüvvələrlə konsensus tapıla bilməyəcək” - deyə millət vəkili vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3619.html