Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Avropa Azərbaycandan nə istəyir?
    Bir neçə müddət bundan əvvəl ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının qeyri-obyektiv bəyanatı, mayın 12-də Avropa Parlamentinin insan haqları ilə bağlı Azərbaycan haqqında qərəzli qətnaməsi və s. artıq Qərbin Azərbaycana olan münasibətlərində şübhəli məqamları qabartmağa başlayıb. Regionda istənilən sahədə Azərbaycanın liderə çevrilməsi etiraf edilsə də, müxtəlif qətnamə və bəyanatlarla Azərbaycan demokratik prinsiplərin pozulmasında qınanır. Bir çox mütəxəssis isə hesab edir ki, Avropanın Azərbaycana qarşı bu qərəzi dəyərlərin müxtəlifliyindən doğur.

    Millət vəkili Musa Qasımlı “KƏLAMİNFO”ya müsahibəsində qeyd edir ki, bütün bunlar sadəcə olaraq, Azərbaycandan mümkün qədər daha çox nəsə qoparmaq üçün bir bəhanədir. “Azərbaycanda ənənəvi dəyərlərlə yanaşı, Qərb dəyərləri də kifayət qədər formalaşıb. Cəmi 20 ildir müstəqil olan ölkə daha bundan artıq nə edə bilər? Mən hesab edirəm ki, istər demokratiyanın inkişafında, istərsə də öz strateji tərəfdaşları ilə əməkdaşlıqda Azərbaycan Cənubi Qafqazda kifayət qədər iri layihələr həyata keçirən dövlətdir. Müxtəlif institutların, mərkəzlərin, bəzi avropalı diplomatların Azərbaycana qarşı qərəzinə bu cür don geyindirməsinin özü qeyri- obyektivlikdən xəbər verir. Məgər onlar Azərbaycanda Avropa meyillərinin inkişafını bu qədər görə bilmirlər?” - deyə M.Qasımlı vurğulayıb. Millət vəkili Zahid Oruc isə hesab edir ki, bu cür yanaşmalar heç bir siyasət adamının mövqeyinə uyğun gəlmir. “Mənim aləmimdə indiki gerçəklikdə Azərbaycanı bundan artıq demokratik etmək mümkün deyil. Mən istisna etmirəm ki, dərhal Gürcüstan mövqeyindən çıxış ediləcək. Amma onu deyə bilərəm ki, ciddi humanitar fəlakət, köçkünlük problemi, yerdəyişmələr, sosial haqların pozulması fonunda digər siyasi haqların gerçəkləşdirilməsinin vacibliyini kimsə mənə sübut edə bilməyəcək. Mən deyirəm ki, Azərbaycanın təkcə ərazisi yox, elə siyasi haqlarının da 20 faizi işğal olunmuş vəziyyətdədir. Azərbaycan bundan daha 20, 30 faiz demokratik olsa, Qərbin də eyni proporsiyada Azərbaycanı müdafiə edəcəyinə və qanadlarını siyasi təhlükəsizlik baxımından Azərbaycanın üzərinə sərəcəyinə əmin deyiləm. Mən səmimi fikrimi söyləyirəm ki, cəmiyyət idarəçiliyinin hakimiyyət tərəfindən görünən modeli belədir ki, bu gün bir sıra məsələlərdə ayrı-ayrı qüvvələrlə konsensus tapıla bilməyəcək” - deyə millət vəkili vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 462
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30