Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “Putin Medvedevi onun gücü ilə hesablaşmağa məcbur etmək istəyir”
16.05.11 19:37

“Rusiya baş naziri Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi Partiyasını təsis etməklə gələcək parlament seçkilərində tərəfdarlarının sayını artırmağı planlaşdırır. Bununla V.Putin prezident Dmitri Medvedevi onun gücü ilə hesablaşmağa məcbur etmək istəyir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.Ekspert qeyd edib ki, baş nazir dövlət başçısına gələcək prezident seçkisində parlamentdəki çoxluğun məhz onu dəstəkləyəcəyini əyani göstərməyi qarşısına məqsəd qoyub. “V.Putin hər müsahibəsində prezident seçkisində kimin namizəd olacağını D.Medvedevlə birgə qərar verəcəklərini söyləsə də, Xalq Cəbhəsini təsis etməklə əslində bu suala cavab vermiş oldu”,-deyə E.Şahinoğlu vurğulayıb. Ekspert deyib ki, Medvedev Putin tərəfindən sıxışdırılmasının fərqindədir, yeni qurum prezidentin manevr imkanlarını daraldır. “Putin Xalq Cəbhəsi ideyasını Medvedevlə müzakirə etdiyini və prezidentin xeyir-duasını aldığını vurğulasa da, Kreml sahibi yeni qurumdan narahat görünür. Medvedev Xalq Cəbhəsinin təsisindən dərhal sonra Putinə və ölkə ictimaiyyətinə iki önəmli mesaj göndərib. Medvedevin birinci mesajı ondan ibarətdir ki, hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər. Prezident bildirib ki, Rusiyada əvvəllər də hakimiyyətin bir əldə cəmləşməsi halları baş verib, onlar inqilablar və vətəndaş müharibələrinə yol açıb. Kreml sahibi açıq-aşkar Putinə işarə edib. Kreml sahibinin ikinci mesajı isə ondan ibarətdir ki, o, artıq bitərəf prezident olmaq istəmir. Başqa sözlə, əgər baş nazir mövqelərini gücləndirmək məqsədilə “Vahid Rusiya” Partiyasına və Xalq Cəbhəsinə rəhbərlik edirsə, prezidentin də onu dəstəkləyən siyasi quruma ehtiyacı var. Medvedev bu fikrini genişləndirərək, heç bir ölkədə siyasi partiya və cərəyanın dəstəyinə söykənməyən prezidentin olmadığını xatırladıb”,-deyə ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3575.html