Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ekspert: “Putin Medvedevi onun gücü ilə hesablaşmağa məcbur etmək istəyir”
    “Rusiya baş naziri Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi Partiyasını təsis etməklə gələcək parlament seçkilərində tərəfdarlarının sayını artırmağı planlaşdırır. Bununla V.Putin prezident Dmitri Medvedevi onun gücü ilə hesablaşmağa məcbur etmək istəyir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

    Ekspert qeyd edib ki, baş nazir dövlət başçısına gələcək prezident seçkisində parlamentdəki çoxluğun məhz onu dəstəkləyəcəyini əyani göstərməyi qarşısına məqsəd qoyub. “V.Putin hər müsahibəsində prezident seçkisində kimin namizəd olacağını D.Medvedevlə birgə qərar verəcəklərini söyləsə də, Xalq Cəbhəsini təsis etməklə əslində bu suala cavab vermiş oldu”,-deyə E.Şahinoğlu vurğulayıb. Ekspert deyib ki, Medvedev Putin tərəfindən sıxışdırılmasının fərqindədir, yeni qurum prezidentin manevr imkanlarını daraldır. “Putin Xalq Cəbhəsi ideyasını Medvedevlə müzakirə etdiyini və prezidentin xeyir-duasını aldığını vurğulasa da, Kreml sahibi yeni qurumdan narahat görünür. Medvedev Xalq Cəbhəsinin təsisindən dərhal sonra Putinə və ölkə ictimaiyyətinə iki önəmli mesaj göndərib. Medvedevin birinci mesajı ondan ibarətdir ki, hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər. Prezident bildirib ki, Rusiyada əvvəllər də hakimiyyətin bir əldə cəmləşməsi halları baş verib, onlar inqilablar və vətəndaş müharibələrinə yol açıb. Kreml sahibi açıq-aşkar Putinə işarə edib. Kreml sahibinin ikinci mesajı isə ondan ibarətdir ki, o, artıq bitərəf prezident olmaq istəmir. Başqa sözlə, əgər baş nazir mövqelərini gücləndirmək məqsədilə “Vahid Rusiya” Partiyasına və Xalq Cəbhəsinə rəhbərlik edirsə, prezidentin də onu dəstəkləyən siyasi quruma ehtiyacı var. Medvedev bu fikrini genişləndirərək, heç bir ölkədə siyasi partiya və cərəyanın dəstəyinə söykənməyən prezidentin olmadığını xatırladıb”,-deyə ekspert əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 389
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30