Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov: “Azərbaycan üçün 30 gündəlik, 100-ə yaxın həftəlik qəzet kifayət qədər çoxdur”
13.05.11 23:55

“Azərbaycan mətbuatında reklam bazarının yaxşılaşdırılması ilə bağlı müəyyən təkliflər hazırlanaraq, müvafiq qurumlara göndərilib. Bu təkliflərin məqsədi KİV-lərə vergi güzəştlərinin edilməsi və reklam bazarının genişləndirilməsi, daha dəqiq rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsini təmin etməkdir”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Mətbuatın reklam bazarının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Ə.Amaşov bildirib ki, məsələ rəhbərlik etdiyi qurumun diqqət mərkəzindədir və irəli sürdükləri təkliflər il ərzində müzakirə olunacaq: “Bu, fundamental məsələ olduğundan qanunvericiliyə dəyişiklik tələb edir. Ona görə də biz bunu bir sıra qurumlar, mütəxəssislər, millət vəkilləri ilə müzakirə etməliyik. Elə etməliyik ki, nəticə Azərbaycan jurnalistikası üçün daha faydalı olsun”,-deyən Ə.Amaşov rəsmi dövlət qurumları, nazirliklərin nəzdində fəaliyyət göstərən mətbu nəşrlərin müstəqil mətbuatın reklam bazarının inkişafına hər hansı təsiri barədə məsələyə də münasibət bildirib. Ə.Amaşov qeyd edib ki, bu, müzakirə olunası məsələdir: “Bir neçə dəfə bu məsələyə toxunmuşuq. Bəzi qurumlar reklama ayırdığı məbləği özlərinin nəşrlərinə sərf edirlər, bu da ümumi mətbuatın inkişfına mənfi təsir göstərir. Hesab edirəm ki, bu, geniş anlamda müzakirə edilməli və ortaq məxrəcə gəlinməlidir. Əgər biz rəsmi qurumların reklam və elanlarının özlərinin sahə qəzetlərində deyil, ümumi qəzetlərdə verilməsini təmin etmiş olsaq, bu, yaxşı olar”,-deyən Ə.Amaşov KİV-lərin maddi durumunun yaxşılaşdırılması istiqamətində atılan addımladan da bəhs edib və bildirib ki, irəli sürdükləri təkliflər mətbuatın maddi durumunun yaxşılaşdırılması ilə bağlı atılan bir addımıdır, ancaq bununla onların durumunun tamamilə yaxşılaşdırmaq mümkün deyil. Şura sədri hesab edir ki, mətbuatın maddi durumunun yaxşılaşdırılması, bazar münasibətlərinin formalaşması üçün zamana ehtayac var: “Mətbuat arasında reklam almaq üçün rəqabətə ciddi ehtiayac var. Azərbaycan üçün 30 gündəlik, 100-ə yaxın həftəlik qəzet kifayət qədər çoxdur. Hətta əhalisi Azərbaycandan artıq olan ölkələrdə də bu qədər qəzet yoxdur. Odur ki, bu məsələ tənzimlənməlidir. Müəyyənləşməlidir ki, kimlər rəqabətə qalib gəlməlidir”,-deyə Ə.Amaşov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3569.html