Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əflatun Amaşov: “Azərbaycan üçün 30 gündəlik, 100-ə yaxın həftəlik qəzet kifayət qədər çoxdur”
    “Azərbaycan mətbuatında reklam bazarının yaxşılaşdırılması ilə bağlı müəyyən təkliflər hazırlanaraq, müvafiq qurumlara göndərilib. Bu təkliflərin məqsədi KİV-lərə vergi güzəştlərinin edilməsi və reklam bazarının genişləndirilməsi, daha dəqiq rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsini təmin etməkdir”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Mətbuatın reklam bazarının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Ə.Amaşov bildirib ki, məsələ rəhbərlik etdiyi qurumun diqqət mərkəzindədir və irəli sürdükləri təkliflər il ərzində müzakirə olunacaq: “Bu, fundamental məsələ olduğundan qanunvericiliyə dəyişiklik tələb edir. Ona görə də biz bunu bir sıra qurumlar, mütəxəssislər, millət vəkilləri ilə müzakirə etməliyik.

    Elə etməliyik ki, nəticə Azərbaycan jurnalistikası üçün daha faydalı olsun”,-deyən Ə.Amaşov rəsmi dövlət qurumları, nazirliklərin nəzdində fəaliyyət göstərən mətbu nəşrlərin müstəqil mətbuatın reklam bazarının inkişafına hər hansı təsiri barədə məsələyə də münasibət bildirib. Ə.Amaşov qeyd edib ki, bu, müzakirə olunası məsələdir: “Bir neçə dəfə bu məsələyə toxunmuşuq. Bəzi qurumlar reklama ayırdığı məbləği özlərinin nəşrlərinə sərf edirlər, bu da ümumi mətbuatın inkişfına mənfi təsir göstərir. Hesab edirəm ki, bu, geniş anlamda müzakirə edilməli və ortaq məxrəcə gəlinməlidir. Əgər biz rəsmi qurumların reklam və elanlarının özlərinin sahə qəzetlərində deyil, ümumi qəzetlərdə verilməsini təmin etmiş olsaq, bu, yaxşı olar”,-deyən Ə.Amaşov KİV-lərin maddi durumunun yaxşılaşdırılması istiqamətində atılan addımladan da bəhs edib və bildirib ki, irəli sürdükləri təkliflər mətbuatın maddi durumunun yaxşılaşdırılması ilə bağlı atılan bir addımıdır, ancaq bununla onların durumunun tamamilə yaxşılaşdırmaq mümkün deyil. Şura sədri hesab edir ki, mətbuatın maddi durumunun yaxşılaşdırılması, bazar münasibətlərinin formalaşması üçün zamana ehtayac var: “Mətbuat arasında reklam almaq üçün rəqabətə ciddi ehtiayac var. Azərbaycan üçün 30 gündəlik, 100-ə yaxın həftəlik qəzet kifayət qədər çoxdur. Hətta əhalisi Azərbaycandan artıq olan ölkələrdə də bu qədər qəzet yoxdur. Odur ki, bu məsələ tənzimlənməlidir. Müəyyənləşməlidir ki, kimlər rəqabətə qalib gəlməlidir”,-deyə Ə.Amaşov əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 413
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30