Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » XİN-dən növbəti xəbərdarlıq
13.05.11 19:52

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edir. “KƏLAMİNFO” XİN-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub. Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul edib, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla digər bütün növ uçuşlar üçün bağlı elan edilib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 17 mart 2011-ci il tarixli 1973 saylı qətnaməsinə əsasən, 19 mart tarixindən etibarən beynəlxalq koalisiya qüvvələri Liviyada əməliyyatlara başlayıb. Hazırda əməliyyatlar Tripoli, Binqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misurata yaxınlığında davam etdirilir. Liviyada münaqişə zonaları hər an dəyişə bilər. Bunları nəzərə alaraq Liviyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Liviyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycanın Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Tripoli şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur. Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
URL / WWW
http://kelam.az/article/a-3558.html