Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    XİN-dən növbəti xəbərdarlıq
    Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edir. “KƏLAMİNFO” XİN-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub. Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul edib, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla digər bütün növ uçuşlar üçün bağlı elan edilib.

    Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 17 mart 2011-ci il tarixli 1973 saylı qətnaməsinə əsasən, 19 mart tarixindən etibarən beynəlxalq koalisiya qüvvələri Liviyada əməliyyatlara başlayıb. Hazırda əməliyyatlar Tripoli, Binqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misurata yaxınlığında davam etdirilir. Liviyada münaqişə zonaları hər an dəyişə bilər. Bunları nəzərə alaraq Liviyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Liviyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycanın Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Tripoli şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur. Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 349
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30