Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mətbuat azadlığı ilə bağlı qərəzli hesabatlar xüsusi məqsəd daşıyır
11.05.11 20:40

“Hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Onun sözlərinə görə, bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. “Belə olan halda Azərbaycanda jurnalistikanın və yaxud mətbuatın qeyri-azadlığı haqqında səslənən fikirlər subyektivdir və reallığı əks etdirmir” deyən Ə.Həsənov əlavə edib ki, beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatları qərəzlidir və bu bəyanatlar Azərbaycan dövlətinə və onun siyasətinə təzyiq, təsir göstərmək məqsədi daşıyır: “Mən Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini 171-ci yerlə qiymətləndirən istənilən təşkilatı Azərbaycana dəvət edirəm. Gəlsin, sizin qarşınızda müzakirə aparaq. Əgər mətbuat köşkündən istənilən qəzeti götürüb orda Azərbaycan hakimiyyəti ilə bağlı tənqidə rast gəlirsənsə, istənilən dövlət məmurunun fəaliyyətini tənqid etmək, araşdırmaq imkanına maliksənsə, belə ölkədə söz, mətbuat azadlığının pozulmasından danışmaq yüz faiz subyektivlikdir. “Freedom House” və digər təşkilatların fəaliyyətini bütövlükdə şübhə altına almırıq. Onlar hansısa fonddan maliyyələşərək fəaliyyət göstərirlər, hansısa məqsədlərə də xidmət edirlər. Amma onların məqsədləri heç də sözün həqiqi mənasında, dünyada söz azadlığını təsnif etmək, onun yaxşı-pis xarakteristikasını açıb, onun əsasında nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri və sifarişləri həyata keçirirlər, onları maliyyələşdirən qurumlar qarşısında məsuliyyət daşıyırlar. Bizim transmilli adlandırdığımız televiziyaların Şimali Afrika ölkələrində baş verən hadisələrlə bağlı məlumatlarına baxın. Hamısı “ütülü”, bir mərkəzdən formalaşdırılan və yayılan informasiyalardır. Liviyada, Tunisdə, Misirdə baş verən hadisələrlə bağlı heç müxalif fikirdə olan yoxdurmu, fərqli düşünən insan yoxdurmu? Əlbəttə, kifayət qədər var. Niyə onların biri o səhifələrə, efirə çıxmır?”
URL / WWW
http://kelam.az/article/a-3540.html