Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mətbuat azadlığı ilə bağlı qərəzli hesabatlar xüsusi məqsəd daşıyır
    “Hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Onun sözlərinə görə, bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. “Belə olan halda Azərbaycanda jurnalistikanın və yaxud mətbuatın qeyri-azadlığı haqqında səslənən fikirlər subyektivdir və reallığı əks etdirmir” deyən Ə.Həsənov əlavə edib ki, beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatları qərəzlidir və bu bəyanatlar Azərbaycan dövlətinə və onun siyasətinə təzyiq, təsir göstərmək məqsədi daşıyır:

    “Mən Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini 171-ci yerlə qiymətləndirən istənilən təşkilatı Azərbaycana dəvət edirəm. Gəlsin, sizin qarşınızda müzakirə aparaq. Əgər mətbuat köşkündən istənilən qəzeti götürüb orda Azərbaycan hakimiyyəti ilə bağlı tənqidə rast gəlirsənsə, istənilən dövlət məmurunun fəaliyyətini tənqid etmək, araşdırmaq imkanına maliksənsə, belə ölkədə söz, mətbuat azadlığının pozulmasından danışmaq yüz faiz subyektivlikdir. “Freedom House” və digər təşkilatların fəaliyyətini bütövlükdə şübhə altına almırıq. Onlar hansısa fonddan maliyyələşərək fəaliyyət göstərirlər, hansısa məqsədlərə də xidmət edirlər. Amma onların məqsədləri heç də sözün həqiqi mənasında, dünyada söz azadlığını təsnif etmək, onun yaxşı-pis xarakteristikasını açıb, onun əsasında nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri və sifarişləri həyata keçirirlər, onları maliyyələşdirən qurumlar qarşısında məsuliyyət daşıyırlar. Bizim transmilli adlandırdığımız televiziyaların Şimali Afrika ölkələrində baş verən hadisələrlə bağlı məlumatlarına baxın. Hamısı “ütülü”, bir mərkəzdən formalaşdırılan və yayılan informasiyalardır. Liviyada, Tunisdə, Misirdə baş verən hadisələrlə bağlı heç müxalif fikirdə olan yoxdurmu, fərqli düşünən insan yoxdurmu? Əlbəttə, kifayət qədər var. Niyə onların biri o səhifələrə, efirə çıxmır?”

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 364
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30