Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ-da “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın təqdimat mərasimi keçirilib
11.05.11 20:40

Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Discovery Science kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələri”nə həsr olunmuş “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın rəsmi təqdimat mərasimini keçirib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təqdimatda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünəlayiq yer tutmasından Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Səfir ümummilli liderin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident Ilham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini qeyd edib. O, Discovery Science kanalı kimi nüfuzlu bir KİV-in bu inkişafı işıqlandırmasını əlamətdar hadisə kimi dəyərləndirib. Sözügedən reportajın aparıcısı və prodüseri Daniel Forster öz çıxışında, belə bir xüsusi günə həsr olunmuş mərasimdə iştirakından məmnunluğunu ifadə edib. O, müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın parlaq gələcəyə yönəlmiş səylərindən, ölkədə aparılan quruculuq işlərindən çox mütəəssir olduğunu bildirib, Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələr”inin unikal səciyyə daşıdğını qeyd edib. Sonra reportaj nümayiş etdirilib. Təqdimat mərasimində ABŞ Dövlət Departamenti, Müdafiə və Enerji Nazirliklərinin əməkdaşları, alim və ekspertlər, KİV nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-3535.html