Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ABŞ-da “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın təqdimat mərasimi keçirilib
    Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Discovery Science kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələri”nə həsr olunmuş “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın rəsmi təqdimat mərasimini keçirib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təqdimatda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünəlayiq yer tutmasından Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Səfir ümummilli liderin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident Ilham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini qeyd edib.

    O, Discovery Science kanalı kimi nüfuzlu bir KİV-in bu inkişafı işıqlandırmasını əlamətdar hadisə kimi dəyərləndirib. Sözügedən reportajın aparıcısı və prodüseri Daniel Forster öz çıxışında, belə bir xüsusi günə həsr olunmuş mərasimdə iştirakından məmnunluğunu ifadə edib. O, müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın parlaq gələcəyə yönəlmiş səylərindən, ölkədə aparılan quruculuq işlərindən çox mütəəssir olduğunu bildirib, Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələr”inin unikal səciyyə daşıdğını qeyd edib. Sonra reportaj nümayiş etdirilib. Təqdimat mərasimində ABŞ Dövlət Departamenti, Müdafiə və Enerji Nazirliklərinin əməkdaşları, alim və ekspertlər, KİV nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 349
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30